BAŞ DİREKTOR VƏ MÜAVİNİNƏ BU İTTİHAM DA VERİLƏ BİLƏR - Şok iddia

Azərbaycanda narkotiklərin ölkəyə gətirilməsi, satışı ilə bağlı cinayətlərin sayı artır. Daxili İşlər Nazirliyinin (DİN) ölkədə kriminogen durumla bağlı gündəlik yaydığı məlumatların əhəmiyyətli hissəsini bu qəbildən olan hadisələr təşkil edir.

Bu gün Nazirliyin mətbuat katibi Elşad Hacıyev “Facebook” səhifəsində yaydığı bir məlumat ölkədə narkotik dövriyyəsinin həcmi ilə bağlı aydın təsəvvür yaradır: “Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 29-da ümumi çəkisi 42,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 15 kiloqrama yaxın heroin, 27,6 kiloqramdan çox marixuana, 200 qrama yaxın tiryək və metamfetamin, həmçinin 833 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir...”


Məlumatlı mənbə “AzPolitika.info”ya bildirib ki, narkotiklərin ölkəyə gətirilməsi, yayılması təkcə ayrı-ayrı vətəndaşlar və cinayətkar qruplar tərəfindən həyata keçirilmir, bəzi dövlət qurumlarında çalışan şəxslər də vətəndaşların “ağ ölümə” yoluxmasında iştirak edir.

Bu sırada əczaçılıq şirkətlərin, onların biznes şəbəskəsinə daxil olan apteklərin, habelə narkoloji mərkəzlərin iştirakı mümkündür. Mənbə bildirir ki, bu gün Baş Prokurorluğun “Respublika Narkoloji Mərkəzi”də keçirdiyi əməliyyatın bir səbəbi də bu cür siqnalların daxil olması ola bilər. 

Qeyd edək ki, sözügedən Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri – Mərkəzin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

Rəsmi ittihamda onlar narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsi ilə bağlı rüşvət almaqda ittiham olunurlar. 

Mənbə bildirir ki, istintaqın gedişində onlara qarşı narkoloji müəssisəyə verilən narkotik tərkibli dərmanların satışı, qanunsuz istifadəsi ilə bağlı yeni ittihamlar irəli sürülə bilər.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar