Menu

Odessaya PUA hücumu nəticəsində ölənlərin sayı artıb

02.03.2024, 10:43
Odessaya PUA hücumu nəticəsində ölənlərin sayı artıb

Rusiya ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Odessa şəhərinə hücumu nəticəsində ölənlərin sayı artıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Qeyd edilib ki, hadisə nəticəsində çoxmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol