Məlum olduğu kimi, Vladimir Putinin fevralın 29-da Federal Məclisdəki çıxışı zamanı Qərb ölkələrini nüvə silahı ilə təhdid edib.
Bəs, bu təhdidlərin real hərəkətə keçməsi ehtimalı nə dərəcədədir?
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) Putinin yeni nüvə hədə-qorxularını qiymətləndirən hesabatla çıxış edib.
Hesabata görə, amerikalı analitiklər əmindirlər ki, Rusiyanın nüvə silahının Ukraynada və ya dünyanın hər hansı digər ölkəsində istifadə edilməsi ehtimalı azdır. Onlar hesab edirlər ki, bu cür hədə-qorxular Qərb auditoriyasını qorxutmağa hesablanıb: "Kreml Qərb auditoriyasında qorxu yaratmaq və Qərbin Ukraynaya dəstəyini zəiflətmək üçün tez-tez “nüvə qılıncı”ndan istifadə edir. Rusiyanın Ukraynada və onun hüdudlarından kənarda nüvə silahından istifadə etməsi ehtimalı olduqca azdır”.
Qeyd edək ki, bundan öncə Rusiyanın “arxa-dayağı” sayılan Çin də Putinin nüvə şantajına mənfi münasibətini gizlətməyib. Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Putinin digər ölkələrə qarşı son nüvə təhdidlərini rəsmən təqdir etməyib. Nazirliyin sözçüsü Mao Ning nüvə müharibəsində qaliblərin olmayacağını vurğulayıb. Eyni zamanda, NATO Putinin yeni nüvə təhdidlərini blef hesab etdiyini bəyan edib.
“AzPolitika.info”


Şərhlər