“FAZİL MUSTAFAYA 7 GÜLLƏ ATDIM...” – Deputata sui-qəsdin icraçıları danışdılar (Yenilənib)

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

“AzPolitika”azadliq.org”a istinadla xəbər verir ki, Səbuhi Şirinov məhkəmədə dindirilərkən cinayəti törətdiyini etiraf edib.

Cinayət işində iddia edilir ki, F.Mustafanın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqədar ona sui-qəsd planı İranın Rey şəhərində müzakirə olunub. Həmin planın icrası üçün tapşırıq verilib və təqsirləndirilən şəxslərdən Rəşad Əhmədov vasitəsilə 30 min dollar pul göndərilib. O da həmin pulu təqsirləndirilən A. Səricanova çatdırıb. Ardınca sonuncu da pulun bir hissəsini hadisədən sonra Səbuhi Şirinova verib.

S.Şirinov deputata sui-qəsdə görə pul alması barədə ittihamı təkzib edir. O, A.Səricanova pul verdiyini təsdiqləyir, amma bunun hadisə ilə bağlı olmadığını iddia edir: “Mənə borc kimi vermişdi ki, evimi təmir eləyim. Həbs olunanda, heç onu xərcləməmişdim. Mənə Fazil Mustafaya görə kimdənsə pul almaq lazım deyildi”.

O, F.Mustafanı avtomatla vurmasını isə deputatın dini mövzuda səsləndirdiyi fikirlərlə əlaqələndirib. Onun sözlərinə görə, F.Mustafanın söylədiyi fikirlər onların dini inancına toxunduğundan, bu üzdən onu cəzalandırmaq qərarına gəliblər.

S.Şirinov məhkəmədə danışıb ki, öncə millət vəkilinin evinin ətrafında müşahidə aparıb, birinci dəfə yanında uşaq olduğuna görə ona yaxınlaşmayıb. Dediyinə görə, öncə onu bıçaqla yaralamaq niyyəti olub, amma sonradan fikrindən daşınıb. 

O, hadisə günündən danışarkən bildirib ki, deputata təxminən 20-25 metr məsafədən atəş açıb. Güllə atışını avtomat rejimə qoyduğundan, həmin vaxt neçə dəfə atəş açıldığını bilməyib 

“Hadisə yerinə bir neçə dəfə getmişəm, lakin Fazil Mustafanın yanında uşaq var idi. Evin yerini Elşad Əsgərov demişdi, silahı isə (7.62 mm-lik avtomat) Azər Səricanov vermişdi. Ora getməzdən qabaq silahın darağı dolu idi. Məqsədim onu qorxutmaq idi. 25-30 metr məsafədən Fazil Mustafaya təxminən 7 güllə atdım. Sərbəst və həyəcanlanmadan hadisə yerindən uzaqlaşdım” - deyə, bildirib.

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində kəşfiyyatçı kimi xidmət etdiyini, Aprel döyüşlərinin iştirakçısı olduğunu yada salan S.Şirinov deyir ki, sərrast güllə ata bilir. Ancaq F.Mustafanı öldürmək niyyəti olmadığından, ona ölümcül xəsarət yetirməyib: “Yoxlamaq istəyirsinizsə, bura maket gətirin, necə nişan ala bildiyimi görün. Onu öldürmək fikrim olsaydı, alnından vurardım".

S.Şirinovu hadisə yerinə gətirib-aparmış təqsirləndirilən E.Əhmədov da məhkəmədə dindirilib. O bildirib ki, əvvəllər neft şirkətində çalışıb, son dövrlərdə isə taksi fəaliyyətilə məşğulmuş. Elə S.Şirinovla da taksidə tanış olduqlarını deyir: “Söhbətləşəndə gördük ki, Fazil Mustafanın dini fikirlərilə bağlı məsələdə də həmrəyik. Onun dini fikirləri bizim üçün təhqir idi”.

E.Əhmədovun sözlərinə görə, 8 dəfə İrana gedib-gəlməyini ona qarşı ittihamın sübutu kimi təqdim edirlər: “Mən 5 dəfə də Rusiyaya gedib-gəlmişəm, bunun məsələyə nə dəxli var?”.

O, hadisə günü S.Şirinovu olay yerinə aparıb-gətirdiyini məhkəmədə təsdiqləyib. Əməlinə görə cəza çəkməyə hazır olduğunu da əlavə edib.

İttihama görə, deputata sui-qəsddə istifadə olunan odlu silah təqsirləndirilən şəxslərdən E.Əliyarovun evindən çıxıb. O, digər təqsirləndirilən A.Səricanovun 20 illik dostudur.

E.Əliyarov dostunun onun evinə çantada bağlama gətirib gizlətdiyini təsdiqləsə də deyir ki, bağlamanın içində silah olduğunu bilməyib: “Nə olduğunu soruşmadım, özü də demədi. Ancaq onu dedi ki, “sizdə qalsın”. Bir də evimizə polis gəlib silahı götürəndə bilmişəm ki, silah imiş. Amma həmin gün Azər narahat idi, səbəbini soruşanda cavab verdi ki, Fazil Mustafa hadisəsini biz eləmişik...”

F.Mustafa məhkəmə iclaslarına qatılmayıb. Təqsirləndirilən şəxslər və onların vəkilləri deputata sualları olduqlarını deyiblər.

Hakim bildirib ki, növbəti məhkəmə iclasına da F.Mustafa dəvət olunacaq. 

Bu hadisə ilə bağlı növbəti məhkəmə iclası martın 15-də keçiriləcək.

“AzPolitika.info”

***

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səbuhi Şirinov ifadə verib.

O hadisədə iştirakının detallarını açıqlayıb:

“Hadisə yerinə bir neçə dəfə getmişəm, lakin Fazil Mustafanın yanında uşaq var idi. Evin yerini Elşad Əsgərov demişdi, silahı isə (7.62 mm-lik avtomat) Azər Səricanov vermişdi. Ora getməzdən qabaq silahın darağı dolu idi. Məqsədim onu qorxutmaq idi. 25-30 metr məsafədən Fazil Mustafaya təxminən 7 güllə atdım. Sərbəst və həyəcanlanmadan hadisə yerindən uzaqlaşdım”.

Səbuhi Şirinov Səbuhi Şirinov Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən sonra digər təqsirləndirilən şəxs Azər Səricanovla telefonda danışıb:

"Azər Səricanov sui-qəsdin qarşılığında mənə şirinlik verdi. Azər mənə deyəndə ki, bir nəfəri qorxutmaq lazımdır, düşünmədən və onun haqqında məlumat toplamadan qəbul etdim".

Daha sonra təqsirləndirilən Elşad Əsgərov dindirilib. O, deputatın evinin yerini göstərdiyini deyib.

“İstintaq dövründə verdiyim ifadəni təsdiq edirəm. Etdiyim əmələ görə peşman deyiləm. Fazil Mustafanın evinin yerini Səbuhi Şirinova mən göstərmişəm. Ona dedim ki bu işdə mən də sənlə həmfikirəm. Səbuhi ilə 3 dəfə həmin ünvana gedərək onu vurmaq istəmişik. Avtomobilimlə Səbuhini hadisə günü həmin ünvanda düşürdüm, başqa yerə döndüm. Bir az keçdi ki, Səbuhi geri döndü və getməyimizi dedi. O bildirdi ki, 9 güllə atdı”.

Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.

635x100

Şərhlər

Mirəli 2024-03-03 11:52:20

Qurama hadisədir.Fazil nə vaxtdan fqur oldu?Kimə o lazımdır?

Azad Naxçıvanlı 2024-03-02 18:42:26

Fazil belə hallandırmağın mənası var? O AXCP-ni satdı, deputat aldı.....

Son yazılar