“BU, EŞİTDİYİM ƏN AXMAQ ŞEYDİR...” – Putindən müsahibə alan jurnalist

Vladimir Putinin Ukraynaya qarşı təcavüzü “denasifikasiya” həyata keçirmək zərurəti ilə əsaslandırmaq cəhdləri “ən axmaq şeydir” və ukraynalıları “şər qüvvə” adlandırmaq cəhdindən başqa bir şey deyil.

“AzPolitika” xəbər verir ki, bunu fevralın əvvəlində Vladimir Putindən müsahibə almış amerikalı jurnalist Taker Karlson digər jurnalist Leks Fridmana müsahibəsində deyib.

Fridman həmkarından Putinin Ukraynanın işğalına “denasifikasiya aparılması zərurəti” ilə haqq qazandırmaq cəhdləri barədə nə düşündüyünü soruşub. Karlson cavabında deyib: "Denasifikasiya - bu, indiyə qədər eşitdiyim ən axmaq şeydir. Mən hələ də bunun nə demək olduğunu başa düşə bilmirəm".

Karlsonun sözlərinə görə, Putinlə söhbət zamanı onda belə təəssürat yaranıb ki, o, həqiqətən də öz dediklərinə inanır: “Mən onun nasistlər haqqında danışmasına təxminən 8 dəqiqə qulaq asdım və mənə elə gəldi ki, o, öz dediklərinə inanıb”.

Jurnalist deyib ki, müsahibədə Putinin Ukraynanı ləkələməyə çalışmasını bəyənməyib: “Fakt budur ki, "nasizm" nə olursa olsun, alman xalqından ayrılmaz bir anlayışdır. Bu, Almaniyada millətçi hərəkat idi. Mən özüm də anti-nasistəm. Amma 2024-cü ildə nasist hərəkatı yoxdur. Onları (ukraynalıları) nasist adlandırmaq uşaqlıqdır”.

Karlsonun sözlərinə görə, Putinlə söhbət zamanı onda belə bir təəssürat yaranıb ki, o, həqiqətən də Ukraynada neonasistlərin hökmranlığına inanır.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar