ABŞ Prezidenti Co Bayden dünən İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşündə növbəti dəfə səhv fikirləri ilə gündəmə gəlib.
"AzPolitika" xəbər verir ki, Bayden bu dəfə fələstinlilərə göndəriləcək humanitar yardımlarla bağlı danışarkən səhvən iki dəfə Qəzza əvəzinə Ukrayna kəliməsini işlədib.
"Önümüzdəki günlərdə digər dostlarımızla birgə Ukraynaya qida və digər ləvazimatları havadan göndərəcəyik. Biz də Ukraynaya humanitar yardım keçidlərinin açılmasını istəyirik",-deyə o qeyd edib.
Səhvinin fərqinə varmayan ABŞ Prezidenti daha sonra Qəzzadakı hadisələri xatırladaraq çıxışına davam edib və İsrailin hücumları altında bölgəyə edilən yardımların yetərli olmadığını bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi daha sonra Baydenin sözlərinə aydınlıq gətirərək, Prezidentin Ukraynanı deyil, Qəzzanı nəzərdə tutduğunu bildirib.
"Telegram" kanalımızın linki: https://t.me/azpolitika"AzPolitika.info"


Şərhlər