Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.
"Şimali Kiprdən olan həmkarımla görüşməkdən məmnunam. Biz Türk Dövlətləri Təşkilatını əməkdaşlığın inkişafı üçün effektiv platforma kimi qeyd etdik", - paylaşımda deyilir.
Delighted to meet with my colleague @ertugruloglut from Turkish Republic of Northern Cyprus on the margins of @AntalyaDF.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 2, 2024
We highlighted Organization of Turkic States as an effective platform to develop cooperation. pic.twitter.com/3rsRlAs8L0


Şərhlər