Ağdamda minaya düşən sakinin vəziyyəti ağırdır - Açıqlama (Yenilənib)

"Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub".

APA-nın yerli müxbiri xəbər verir ki, bunu Bərdə rayon mərkəzi xəstəxanasının həkimi Rasim Abdullayev bu gün Ağdamda minaya düşən sakin barəsində deyib.

Həkim bildirib ki, xəstə hazırda əməliyyatdadır: "Bu gün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilib. Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. İlkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Hal-hazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Qeyd edək ki, bu gün 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.

***

Bu gün (3 mart - Qeyd) Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.

"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda vurğulanıb.

635x100

Şərhlər

B.Qarabağlı 2024-03-03 20:04:14

Erməni Faşizmi BMT TŞnın obyektiv həllindən sonrakı 25-28 ildə Azərbaycan torpağını qarət etməklə, elə *güllər* də əkib ki, hələ illərlə insan və digər canlı aləm növbəti addımda məhv ola bilər. Qalib Azərbaycan isə nəinki, 14 iyul 2020ci il tarixindən, eləcə də əhalisinin 83%i yerli türk olan ərazidə1918ci ildə qeyri-qanuni bəyan edilmiş Ermənistan ərazisinə bu günə qədər bir qarış belə təcavüz etməyib!?

Son yazılar