RAMİZ MEHDİYEV SƏHHƏTİ İLƏ BAĞLI AÇIQLAMA VERDİ - "Məgər, mən İsrail tanıyıram ki?..."

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

"Gununsesi.info"nun məlumatına görə, həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bildirilir ki, bir sutka həkim nəzarətində qalan R.Mehdiyevi ailəsinin istəyi ilə özəl təyyarə ilə İsrailə aparıblar.

Məsələ ilə bağlı “Unikal”a açıqlama verən Ramiz Mehdiyev yayılan məlumatları təkzib edib. 

“Mənim səhhətimdə heç bir problem yoxdur. “Check-up” müayinə üçün Mərkəzi Klinik Xəstəxanaya getmişdim. Bu da ildə bir, ya iki dəfə baş verən bir haldır.

Başqa heç bir yerə getməmişəm. Məgər, mən İsrail tanıyıram ki? Hazırda Bakıdayam. Sağlıq olsun”, - deyə o qeyd edib.

635x100

Şərhlər

Roma 2024-03-04 14:16:16

"Məgər, mən İsrail tanıyıram ki?..." Çox qəribədir, dövlətdə böyük bir vəzifə tutasan və belə açıqlama verəsən...

Son yazılar