Bu səhvi zaldakıları çaş-baş saldı – Baydendən sonra Tramp da... (VİDEO)

ABŞ-nin keçmiş lideri, Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp seçki öncəsi keçirdiyi mitinqdə kobud bir səhvə yol verib.

“AzPolitika” xəbər verir ki, Virciniya ştatında baş tutan mitinqdə çıxaş edən Tramp, ABŞ lderi Co Baydenlə, keçmiş ölkə başçısı Barak Obamanı səhv salıb.

“Putin Obamaya o qədər az hörmət edir ki, nüvə sözünü işlətməyə başlayır. Bəli, nüvə silahı. Bu gün o, tərəddüd etmədən nüvə silahlarından danışa bilir”,-deyə Tramp bildirib.

Trampın belə bir səhvə yol verməsi zalda əyləşənləri çaş-baş salıb.

Sosial şəbəkə istifadəçiləri tez-tez bu cür səhvlərə yol verən hazırki ABŞ liderini işarə edərək, "Co Baydenin “xəstəliyi” Trampa keçib" kimi, istehzalı paylaşımlar ediblər.

“AzPolitika.info”


"Telegram" kanalımızın linki: https://t.me/azpolitika

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar