“Putin qalib gəlsə, bu ölkərə təhlükə artacaq” – “Vəziyyət o dövrlə oxşardı...”

“İndi region üçün həlledici çağırış Rusiyanın Ukraynaya qarşı müharibəsidir. Əgər Rusiya bu müharibədə qalib gəldiyini və ya qalib gələcəyini hiss etsə, digər keçmiş sovet respublikalarına Rusiyadan gələn risklər arta bilər”.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-ın Gürcüstan və Qazaxıstandakı keçmiş səfiri Uilyam Kortni erməni mediasına müsahibəsində bildirib.

“Artıq bunun bəzi əlamətlərini görürük. Dnestryanıda bəzi “parlamentarilər” kömək üçün Rusiyaya müraciət ediblər. Rusiya bəlkə də Ukraynaya qarşı müharibə apardığına görə keçən il Azərbaycan Qarabağa nəzarəti bərpa edəndə münaqişəyə qarşımadı. Gələcəkdə başqa təzyiqlər də ola bilər. Ona görə də bütün ölkələrin Ukraynanın ərazi bütövlüyünü qorumaq uğrunda apardığı mübarizəyə dəstək verməsi vacibdir”, - diplomat vurğulayıb.

Uilyam Kortni bildirir ki, son 30 ildə Rusiya daxildə repressiv rejim qurub, xaricdə isə aqressivləşib.

“Sovet İttifaqı dağılandan sonra Rusiya heç vaxt indiki qədər repressiv və aqressiv olmayıb. Beləliklə, indi Qərb Obama və ya Buş dövründə olan Rusiya ilə deyil, fərqli Rusiya ilə məşğul olur”, - o, qeyd edib.

Diplomat Brejnev dövründə Moskvadakı Amerika səfirliyində çalışdığını xatırladıb: “Bu, Sovet İttifaqının Əfqanıstanı işğal etdiyi vaxt idi. Rusiya həmrəyliyi məhv etmək üçün Polşanı işğal etməklə hədələdi. Avropa bölgədəki Sovet “SS-20” raketlərinə qarşı NATO raketlərini yerləşdirərsə, Moskva onu nüvə müharibəsi ilə hədələyirdi. Moskvanın bacardığından daha çox şey etməyə çalışırdı. Çöldə aqressiv olduğu qədər daxildə repressiv idi. Amma Sovet İttifaqının daxildən zəif olduğu ortaya çıxdı. Beləliklə, 1985-ci ildə Sovet İttifaqı liberal şəxsiyyət Qorbaçovu önə çıxardı. Altı il sonra o, Sovet İttifaqını müflis elan etdi və kommunist sistemi dağıldı. Nəticədə Boris Yeltsin hakimiyyətə gəldi. Beləliklə, müqayisədə bugünkü vəziyyət keçmişdəki vəziyyətlə tamamilə oxşardı”.

Diplomat Putinin tədricən reallıqları dərk edib dəyişəcəyinə inanmır: “Biz görürük ki, zaman keçdikcə Putin liberalları və digərlərini bir kənara qoyur. Bütün qərarları yalnız keçmiş KQB komandasına arxalanaraq qəbul edir. Bu, hətta Sovet İttifaqı dövründəkindən daha dar bir qərar qəbuletmə çərçivəsidir. SSRİ Siyasi Bürosunda məsləhətçilərdən ibarət nümayəndəlik institutu Putinin məşvərtəçilərindən daha geniş idi. Beləliklə, biz Putinin getdikcə daha repressiv olduğunu gördük”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar