“Rusiya İrəvanın niyyətini başa düşmək istəyir” – Erməni deputat

Antalya Diplomatik Forumundan sonra keçirilən mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın KTMT-dəki statusu ilə bağlı qərar verməsinin vaxtı çatıb.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Ermənistanın Respublika Partiyasından deputat Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb: “Rusiya xarici işlər naziri Lavrov İrəvandan konkret adım tələb edib: Ermənistan birmənalı qərar verməlidir - qalır, yoxsa gedir?”

O, qeyd edib ki, Lavrov Rusiya Federasiyası ilə münasibətlərin aşağı səviyyəyə salınmasının fəsadları olacağına da eyham vurub.

“Ehtimal olunur ki, bu, Rusiyanın Ermənistanla bağlı siyasətinə, yəni siyasi və hərbi əməkdaşlıqdan iqtisadi əlaqələrə qədər hər şeyə, yenidən baxılması deməkdir. Hazırda Rusiya bunun adi şantaj olduğunu, yoxsa Ermənistanın Rusiyaya qarşı yeni kurs götürdüyünü başa düşmək istəyir” – deyə, deputat vurğulayıb

T.Abramyan hesab edir ki, Ermənistan hakimiyyəti yenə ən pis yolu tutacaq.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar