Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirildiyi təsdiqləndi - Rəsmi AÇIQLAMA (Yenilənib)

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

***

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat aparılmasına dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən "oxu.az"-a bildirilib.

Qeyd edilib ki, icra başçısının birinci müavini Səməd Tomuyevin və digər müavinlərin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elxan Məmmədovun saxlanılması ilə bağlı müxtəlif məzmunlu məlumatlar yayımlanıb. Cavab olaraq bildiririk ki, yayımlanan məlumatlar həqiqəti əks etdirmir.

“AzPolitika” xəbər verir ki, şəhərin icra başçısı Niyazi Bayramov da “gününsəsi.info”ya açıqlamasında xəbərin yalan olduğunu deyib: “Mənim müavinim Səməd müəllim hazırda yanımdadır. Nə onun, nə də icra hakimiyyətinin digər vəzifəli şəxslərinin həbsi barədə yazılanlar həqiqəti əks etdirir”.

***

Bu gün Gəncə şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

"Sfera.az"-ın yaydığı məlumata görə, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavin, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.

Ancaq bununla bağlı hələlik rəsmi məlumat yoxdur.

"AzPolitika.info"

635x100

Şərhlər

Şəkidən 2024-03-08 20:52:52

Cənab DTX, xahiş edirik yolunu Şəkiyədə sal !

RR 2024-03-05 08:16:22

Yeni teyin edilmish icra bashcisi , kómrúk orqaninda calishib (( iBildizde

Dövlətini sevən 2024-03-04 23:10:24

Şəki İcra Hakimiyyətinin Baş memarı cahangir Nəbiyev vəzifə səlahiyyət həddini aşaraq vətəndaşların istirahət yerini zəbt edərək oğlu üçün "Fantan" kafesi yaradıbdır. Hərbi xidmətdən yayınan oğlu üçün əyləncə yeri yaradıbdır. Aidiyyatı qurumlar Cahangir Nəbiyevin qanunsuz hərəkətlərinə hələki göz yummaqda davam edir ?

Son yazılar