“Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev iki həftədir Almaniyada özəl klinikaların birində müalicə olunur”.
Bu barədə “AzPolitika”-ya R.Mehdiyevə yaxın mənbələrdən məlumat daxil olub. Mənbə bildirib ki, yeni ilin əvvəlindən onun səhhətindəki problemlər kəskinləşib. Onun bir neçə dəfə həkimə müraciət etdiyi bildirilir.
Fevralın 21-də Mərkəzi Klinik Xəstəxanada Ramiz Mehdiyevin baş nahiyəsində yaranmış problemlər müayinə olunduqdan sonra 10-a yaxın həkimin iştirakı ilə konsilium keçirilib. Həkimlər keçmiş PA rəhbərinin yaxınlarına onun müalicə üçün ölkə xaricinə aparılmasını məsləhət görüblər.
Məlumatda qeyd olunur ki, R. Mehdiyev bir gün yarım Mərkəzi Klinikada xüsusi həkim nəzarətində qaldıqdan sonra ambulansla hava limanına gətirilib, oradan isə özəl təyyarə ilə Almaniyaya aparılıb. Onu oğlu Timur Mehdiyev və ailə üzvlərindən daha bir neçə nəfər müşayiət edib.
Qeyd edək ki, bu gün “gününsəsi.info” saytı AMEA-nın keçmiş rəhbərinin müalicə üçün İsrailə aparıldığı barədə xəbər yayıb. R.Mehdiyev “unikal.az”- a açıqlamasında Mərkəzi Klinik Xəstəxanaya müraciət etdiyini desə də, müalicə üçün İsrailə getmədiyini bildirib.
Xatırladaq ki, yerli mətbuat Ramiz Mehdiyevin parkinson, hipertoniya xəstəliklərindən əziyyət çəkdiyini yazıb. Bir neçə il əvvəl o, yıxılaraq omba nahiyəsindən ağır xəsarət almışdı.
Ramiz Mehdiyev 1938-ci ilin 17 aprel tarixində anadan olub, gələn ay onun 86 yaşı tamam olacaq.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Qurdla qiyamətə qalacaq...
2 ci dunya muharibesinnen evvel dogulub.3 cu dunya muharibesi baslayib bu hele cek up a gedir
Insanlar bir heyata geldikde eyni olur bir de Ezrayilin yaninda .Kasib olsaydi coxdan ölmüşdü.Beledeki teki Ramiz m heyati kimi hamida heyat olsun.
Qəribə hallar baş verir. Bir məmur xəstələnən kimi səsləri xarici ölkə xəstəxanalarından gəlir.Bəs Azərbaycanda köbələk kimi artan xəstəxanalar,qospitallar niyə bunıarın işinə yaramır?bu sualın cavabını Səhiyyə nazirliyi və ya calaq yaradlmış TƏBƏB verə bilərmi? Bu sübut etmirmi ki,Azərbaycan səhiyysi ağlamalı günd,həkimləri bisavad,etibarsız və pulgirdirər.Bu ölkədə artan ölüm və xəstə sayları ilə də təsdiqlənir.Bs bunun qarşısını kim alacaq ki. Azərbaycanda səhiyyə heç olmasa 1960 səviyyəsinə çatsın.
Gedib qohumlarini ziyaret etmeye....Yazmasaz sizinde......
Bunun Azərbaycaba zərərdən başqa heç bir fəaliyyəti olmayıb.... rüşvət yığıb,yaxşı yaşayıb,torpaq,mülklər ələ keçirib,özünü və ailəsini 100 il təmin edib.Bu ki.deyil.Daja bunun harda olması nə etməsi niyə kimisə düşündürməliir?Buraxın getsuin,Lazım gələrsə cavab versin.Cavab verəcək çox şeylər var.
Hitlerin qebrini ziyarete gedib.