Menu

Azərbaycan və Pakistan hərbçiləri müzakirələr aparıblar - Yekun protokol imzalandı + FOTOLAR

04.03.2024, 20:09
Azərbaycan və Pakistan hərbçiləri müzakirələr aparıblar  - Yekun protokol imzalandı + FOTOLAR

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol