Menu

“SSRİ-ni dirçəltmək mümkün deyil, amma...” - Medvedevdən “ikibaşlı” açıqlama

05.03.2024, 12:21
“SSRİ-ni dirçəltmək mümkün deyil, amma...” - Medvedevdən “ikibaşlı” açıqlama

“Sovet İttifaqı keçmiş formada dirçələ bilməz”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Bilik. Birincilər" adlı tədbirdəki çıxışı zamanı deyib.

Bununla yanaşı, Medvedev SSRİ-nin keçmiş formada yenidən bərpasının mümkün olmadığını desə də, bunun hansısa başqa formada mümkünlüyünə eyham vurub və Rusiyanın hazırda həyata keçirdiyi işğalçılıq siyasətinə haqq qazandırıb: “Siz və mən başa düşürük ki, Sovet İttifaqını əvvəlki formada dirçəltmək mümkün deyil. Amma mənim fikrimcə, indi hərəkət etdiyimiz istiqamətdə(?) hərəkət etmək lazımdır”.

Medvedev SSRİ-ni tərifləməyi də unutmayıb və qeyd edib ki, bu dövlət “bizim əcdadlarımızın əməyi ilə yaradılmış Rusiya imperiyasının layiqli varisi olub”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol