Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin fevral ayında valyuta hərraclarında 920,5 milyon dollar xarici valyutada satıb.
“AzPolitika” Fondun yaydığı məlumata istinadla xəbər verir ki, 2024-cü ilin yanvar ayında 417 milyon dollar məbləğində xarici valyuta satılıb, fevralda isə satış həcmi 2,2 dəfə artıb.
Fondun hesablamalarına görə, 2024-cü ilin yanvar-fevral aylarında ARDNF hərraclarda 1 milyard 337,5 milyon dollar məbləğində xarici valyuta satıb ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2,5 dəfə artım deməkdir.
Xatırladaq ki, Neft Fondu 2023-cü ildə valyuta hərraclarında 2 milyard 689,4 milyon məbləğində xarici valyuta satıb. Belə görünür, bu ilin iki ayında gerçəkləşən satış həcmi ötən ilin 6 aylıq satış həcminə bərabərdir.
Rasim
“AzPolitika.info”


Şərhlər