Rusiya Ukrayna ilə müharibəyə görə İrandan yüzlərlə “yer-yer” tipli ballistik raket ala bilər.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Amerika Avropa Siyasət Təhlili Mərkəzi (CEPA) öz hesabatında qeyd edir.
Hesabatda bildirilir ki, bu raketlər Rusiyaya əhəmiyyətli üstünlük verəcək.
Qeyd olunur ki, raket tədarükü baş tutsa, onların sırasına İranın müvafiq olaraq 300 və 700 kilometr mənzilli “Fateh-110” və “Zolfoqar” ballistik raketləri daxil olacaq: "Onları vurmaq çox çətindir və bu, Ukraynanın hərbi əməliyyatlarına ciddi təsir göstərə bilər. Ukrayna rəsmiləri Rusiyanın İran raketlərindən istifadəsinə hələ rast gəlməsələr də, onların istifadəsi Kiyev qüvvələri üçün ciddi problemlər yarada bilər”.
Həmçinin qeyd olunur ki, İran raketləri Moskvanın ballistik raket ehtiyatlarını artıracaq və daha uzun məsafələrdə tez-tez zərbələr endirməyə imkan verəcək.
“AzPolitika.info”


Şərhlər