Menu

"Akıncı" dronu İranı qorxuya salıb - FOTO

06.03.2024, 11:42
"Akıncı" dronu İranı qorxuya salıb - FOTO

Azərbaycanın “Akıncı” dronlarını sınaqdan keçirməsi İranı qorxuya salıb.

"AzPolitika" xəbər verir ki, ötən gün "SEPAH"-ın “Telegram” kanalı bu barədə qərəzli bir paylaşım edib.

Həmin paylaşımda bu ifadələr yer alıb: "Bakı bu yaxınlarda Türkiyədən aldığı “Akıncı” dronlarını İran sərhədindən 60 kilomter aralıda, Salyan yaxınlığındakı yeni avaibazasında sınaqdan keçirib. Rəsmi məlumatda deyilir ki, sınaqlar döyüş hazırlığının artırılması məqsədilə həyata keçirilib. Bu, Azərbaycan və Türkiyənin İran və Ermənistana qarşı artan "militarizminin" növbəti təzahürüdür!”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Hərbi Hava Qüvvələri “Akıncı” hücum PUA-ları tərəfindən hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunması, eləcə də digər tapşırıqların yerinə yetiriməsi ilə bağlı təlim keçirib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol