Menu

Türkiyədə PKK mağaralarına əməliyyat - PUA və ATAK helikopterləri iş başında + VİDEO

06.03.2024, 20:09
Türkiyədə PKK mağaralarına əməliyyat - PUA və ATAK helikopterləri iş başında + VİDEO

PKK terror təşkilatının qış aylarında logistik məqsədlər üçün istifadə etmək və terror aktları təşkil etmək üçün hazırladıqları mağara və sığınacaqların aşkarlanması üzrə əməliyyat keçirilib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.

Terrorçuların mağaralarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə Türkiyə jandarm qüvvələrinin keçirdiyi “Bozdoğan-8” əməliyyatlarında PUA və ATAK helikopterlərindən də istifadə edilib və 2866 personal əməliyyatlara qatılıb.

Əməliyyat zamanı 9 vilayətdə 59 mağara, sığınacaq və partlayıcıların olduğu anbar məhv edilib.


Şərhlər

Cəmşid Dərələyəzli 2024-03-07 10:01:55

Erdoğan Ergenekon və Bayloz davaları ilə 100-lərlə generalı qazamata soxanda çoxları deyirdi Erdoğan Türk ordusuna bubunla zərbə vurdu. İndi görün ki, Erdoğan əslində o dövrdə nə qədər düz etdi. Çünki görünən o ki, o generalların çoxu o devridə PKK işləyiblər. İşləməsə idilər PKK dağlarda bu qədər silah sursat gizlədəməzdi. 20 ildir Erdoğan dağıdır bitmir ki. bitmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol