Menu

Berdyanskda “Putin aşiqi” partladıldı - FOTO

06.03.2024, 17:14
Berdyanskda “Putin aşiqi” partladıldı - FOTO

Ukrayna xüsusi xidmət orqanları işğal olunmuş ərazilərdəki “Rusiya aşiqləri”nə qarşı əməliyyatları davam etdirirlər.

“AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, işğal altında olan Berdyanskda qondarma “seçkilər”in təşkilatçılarından biri maşını ilə birlikdə partladılıb. Xəbəri işğalçı administrasiyanın başçısı Vladimir Roqov da təsiqləyib. Partladılan şəxsin qadın olduğu bildirilir, lakin adı çəkilmir.

Rusiya teleqram kanallarında partlayışdan sonrakı görüntülər yayımlanıb. Qeyd olunur ki, qadın maşınına minən zaman partlayıcı qurğu işə düşüb və o, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlumatda deyilir ki, sözügedən şəxs “seçki komissiyası”nın həlledici səsə malik üzvü olub. Sonradan məlum olub ki, onun maşınının altına trotil ekvivalentində bir kiloqrama yaxın partlayıcı yerləşdirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol