Ötən ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, Sabunçu rayon məhkəməsində hökm elan olunub.
Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar. Eyni zamanda təqsirləndirilən M.Ə-yə də həbslə bağlı olmayan cəza verilib.
Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına belə reaksiya verib: “Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı. Bizi dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara minnətdarlığımı bildirirəm. 9 ay bizimlə birlikdə olan bütün dostlara təşəkkürümü çatdırıram”.


Şərhlər
Bu şərhi yazaraq bütün bu gənclərin azad olmalarinda haq ədalətin bərpa olmasinda əməyi olan hər kəsə təşəkkürümi bildirirəm Yaşasın AZƏRBAYCAN XALQI və ƏVƏZOLUNMAZ LİDERİ MÖHTƏRƏM PREZİDENTİMİZ
Allahıma şükürler olsun bu gencker azadlığa çıxdı hamiya desteye göre çox sağ ol deyirik.
Şükür Allaha bütün xalqımıza minnetdarıq haqq edalet yerini tapdı gencler azadliğa çixdı
Şükür Allaha Basda Prezidentimiz olmaqla bütün Xalıma minnetdarıq haq ədalət öz yerini tapdı bu gün genclər azad oldular