Məşhur şahmatçı Harri Kasparov Rusiyada ekstremistlər və terrorçuların siyahısına daxil edilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Rosfinmonitorinq"in saytında məlumat yerləşdirilib.
Daha əvvəl Rusiya Federasiyasında xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimələyib.
2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovun və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib. Belə ki, onlar Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşları üçün vəsait toplamaq üçün hərrac keçiriblər. Onları 5 ilə qədər həbs cəzası gözləyir.


Şərhlər
Ruc mediasına müsahibələrinin birində deişdi ki məni Bakı ilə heç nə bağlamır. Halbu ki bu naxələf nankoru Bakı öz havası, öz günəşi, öz çörəyi ilə böyütmüşdü.İndi Rusiyadan da qovulub. Qalıb vətənsiz. İsraili isə bəyənmir.