Menu

Ağdamda tikintisi davam edən evlərin ən son görüntüləri - VİDEO

07.03.2024, 00:00
Ağdamda tikintisi davam edən evlərin ən son görüntüləri - VİDEO

İşğaldan azad olunan digər ərazilər kimi Ağdam rayonun Kəngərli kəndində də tikinti işləri sürətlə davam etdirilir.

Rayon ərazisindən altı kilometr məsafədəki kənddə yeni və müasir üslubda 292 fərdi ev inşa olunur.

Kənddə tikinti işləri isə dörd mərhələyə bölünüb. 

Qeyd edək ki, tikinti işlərinin 2024-cü ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Ətraflı “AzTV Xəbər”in süjetində:

Şərhlər

Bəhram 2024-03-07 10:42:07

Uca Allahdan uğurlu, sağlıqlı, faydalı, səmərəli, şadlıqlı olmasını arzulayırıq! Bütün quruculuq işləri zəruri yaraşıq və rahat-bol gələcəkdir! Ancaq, bu evlərin biri *digərinin burnunun ucunda* yox, ayrıca 4-5 hektarlıq sahənin, bağ-villanın ortasında qurulsa idi, hər işi-ferması da yanında rahat olmazdımı? 2ci variant-Kəndlərdə də 3-4 mərtəbəli, 4-5 bloklu, altı uşaq baxçaları, dərnəklər, 2-4 mənzillər daha yığcam olardı?

ƏNHU 2024-03-07 02:36:15

Nə kənddə, nə də uzaq ətrafda bir dənə də olsun ağac gözə dəymir. Bura səhraya bənzəyir. Bir an belə yubanmadan Kəngərlidə yaşıllaşdırma və ağacəkmə işlərinə başlanılmalıdır. Bunu kimə deyək görəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol