Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan İslam Kərəmov qəribə hadisə ilə üzləşib.
Belə ki, yeddi ildir istilik təhcizatından rəsmi qaydada imtina etsə də, ona 70 manat borc yazılıb.
Aidiyyəti üzrə narazlığını bildirən vətəndaşa deyilib ki, “qonşunun divarlarından sənin evinə istilik keçir və buna görə də ödəniş etməlisən”.
Daha ətraflı “ATV Xəbər”in süjetində:


Şərhlər
Görün su idarəsi tənha yaşayan və 1968-ci ildən bəri ümumiyyətlə həyətində su xətti olmayan bir qadınıln başına nə iş gətirib. İdarənin işçisi qadının üstünə düşüb ki tez elə pul ver.Qarı qayıdıb ki, ay bala mən neçə ilərdir suyu Kürdən gətirirəm. Artezian suyunu içəmmirəm. İyusini götürə bilmədiyim üçün heç əl-ayada işlədə bilmirəm. Bunu bütün qonşular bilir. 40 ildir zülümlə belimdə səhənglə Kürdən lilli su gətirib duruldub içirəm. Azarlı olanda da motoskletlə pulla gətizdirirəm. Mənə su verirsən indi pul istəyirsən? İndiyə qədər də qapımı döyən olmayıb. Bürün qonşular yığılır, Heç kim həyasız su pulu yığana söz çatdıra bilmir. Camaatı borclu çıxarır. Deyir ki biriniz mənə deyin görüm bu arvad su içir ya yox? Arvad özü cavab verir ki hə. içirəm. Hökumətin suyunu içirsənsə pulunu verməlisən. Qanuna qalsa 40 ilin pulunu ödəməlisən. Tez elə pulu gətir. Sonda təxminən 15 nəfərin şahidliyi ilə qarıdan 10 manat alır və ona çek yazır.