Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birlikdə Odessa şəhərinə səfər edib.
“AzPolitika” xəbər verir ki, səfər əsnasında Rusiya Silahlı Qüvvələri Odessa şəhərini atəşə tutub.
Hücum zamanı Mitsotakis və Zelenski zərər görməsə də, onların çox yaxınlığına raket düşüb.
Zelenski ilə danışıqlar aparmaq üçün orada olan Mitsotakis həmin anlarla bağlı bunları deyib:“Yaxınlıqda həyacan siqnalı çaldı və partlayış səsləri eşitdik. Sığınacağa getməyə vaxtımız olmadı. Bu, çox gərgin bir təcrübə idi”.
“AzPolitika.info”


Şərhlər