Menu

Ermənistan Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirmək istəyir

07.03.2024, 15:09
Ermənistan Avropa İttifaqı ilə münasibətləri daha da dərinləşdirmək istəyir

Ermənistan müxtəlif sahələr üzrə Avropa İttifaqı (Aİ) ilə əlaqələri dərinləşdirməyi davam etdirir.

APA xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin suallarını cavablandırarkən deyib.

O, Aİ ilə çox sıx siyasi dialoq apardıqlarını bildirib: “Avropa İttifaqı ilə münasibətlərimizi daha da dərinləşdirmək istəyirik”.

Mirzoyan, Ermənistan Baş naziri Nikol Paşinyanın "Avropa İttifaqı Ermənistanla əlaqələri dərinləşdirməyə nə qədər hazırdırsa, Ermənistan da o qədər hazırdır” ifadəsinə istinad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol