Menu

“ABŞ özü “cini” şüşədən buraxdı” – Putin

07.03.2024, 15:16
“ABŞ özü “cini” şüşədən buraxdı” – Putin

“ABŞ İraq, Suriya və keçmiş Yuqoslaviya ərazilərində BMT Təhlükəsizlik Şurasının qərarı olmadan əməliyyatlar həyata keçirərək “cini şüşədən buraxdı”.

“AzPolitika” “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə görüşdə bəyn edib.

“Məsələn, İraqdakı hadisələrə baxaq. Orada hər şey BMT Təhlükəsizlik Şurasının sanksiyaları olmadan edildi. Eynisi Suriyada, keçmiş Yuqoslaviyada da baş verdi. Səbəbləri haqqında indi danışmayacağam. Amma BMT Təhlükəsizlik Şurasının heç bir qərarı yox idi. ABŞ özü “cini” şüşədən buraxıb. Bəs onlara icazə verilirsə, o zaman niyə digər ölkələrin də öz əsas maraqlarını eyni şəkildə qorumasına icazə verilmir?”. - Putin vurğulayıb.

Prezidentin sözlərinə görə, ABŞ hakimiyyəti belə qənaətə gəlib ki, İkinci Dünya Müharibəsindən sonra bərqərar olan beynəlxalq münasibətlər sistemi artıq onlara lazım deyil və dünyada tarazlığın dəyişməsi onların maraqlarına uyğun gəlmir.

Putin həmçinin bəyan edib ki, ABŞ elitası SSRİ-nin dağılmasından sonra yeganə fövqəldövlət olaraq üzərinə düşən yükün öhdəsindən gələ bilmədi.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol