Deyəsən, Ermənistanın və ermənilərin tarixən regionda marağı olan dövlətlər tərəfindən alət kimi istifadə edildiyini ermənilərin özləri də başa düşməyə başlayıblar. Ancaq bunu anlamaları üçün görünür, mütləq acı məğlubiyyətlərə düçar olmalı, böyük itkilər verməli, dövlət, toplum olaraq məhv olmaq təhlükəsilə üz-üzə qalmaları vacib imiş...
“AzPolitika” xəbər verir ki, tanınmış erməni politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində ermənilərin Qafqazda oynadığı rolla bağlı maraqlı paylaşım edib.
O, ermənilərlə Yaxın Şərqdəki kürdlər arasında paralellər apararaq, hər iki xalqın kənar güclər tərəfindən alət kimi istifadə edildiyini, sonra isə lazımsız, sahibsiz toplum kimi ortalıqda qoyulduğunu yazıb: “Türkiyə, Suriya, İranla hansısa problemi həll etmək lazım gələndə kürdləri aktivləşdirir, onlara ümid verir və “top əti” kimi istifadə edirlər. Sonra bu ölkələrlə münasibətləri tənzimləmək lazım gələndə kürdlər qurban verilir və bu, daim təkrarlanır. Əslində, kürdlərdən sadəcə olaraq(kənar dövlətlərin) öz məqsədlərinə çatması üçün istifadə olunur.Qafqazda da ermənilər elə rol oynayırlar ki, lazım olanda onlara ümid verir, lazım olanda qırğına verir, yeri gələndə isə bizim hesabımıza bir-biri ilə barışırlar. İstər liberal və demokratik olsun, istərsə də avtoritar və ənənəvi olsun, bütün tərəflər eyni şəkildə davranırlar”.
“AzPolitika.info”


Şərhlər
Siz qazsiz camaat neynesin