Menu

ABŞ Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi - "48 saat ərzində..."

08.03.2024, 13:02
ABŞ Rusiyadakı vətəndaşlarına xəbərdarlıq etdi - "48 saat ərzində..."

ABŞ-nin Moskvadakı səfirliyi paytaxtda hücumun planlaşdırıldığını bildirərək vətəndaşlarına xəbərdarlıq edib.

"AzPolitika" xəbər verir ki, ABŞ-nin Moskvadakı səfirliyindən verilən yazılı açıqlamada terror aktının ola biləcəyi vurğulanıb. 

Ekstremist qrupların insanların sıx toplaşdığı yerlərə hücum etməyi planlaşdırdığı bildirilib və vətəndaşların Moskvada izdihamlı tədbirlərdən uzaq durmaları ilə bağlı çağırış edilib.

"Səfirliyimiz ekstremist qrupların Moskvada konsertlər kimi böyük tədbirlərə hücum planları ilə bağlı xəbərləri izləyir. ABŞ vətəndaşlarına qarşıdakı 48 saat ərzində izdihamlı tədbirlərdən uzaq durmaq tövsiyə olunur", - açıqlamada deyilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol