ONLAR AUDİTORİYA İLƏ MƏZƏLƏNİR... - Küçə söyüşləri, jarqonlar, ədəbsiz sözlər, tərbiyəsizlik...

Onların auditoriyaya müraciət tərzi ikrah doğurur

Televiziyalardakı ayrı-ayrı sosial proqramlara diqqət yetirəndə elə təəssürat yaranır ki, sanki Azərbaycanda dövlət hakimiyyəti yoxdur, dövlətin bütün funksiyalarını telekanallar, daha doğrusu, həmin kultlaşdırılmış aparıcılar yerinə yetirirlər

Media hər bir dövlət və cəmiyyət üçün son dərəcə mühüm amildir. Müasir qloballaşma dövründə onun funksiya və vəzifələrini nə dərəcədə yerinə yetirməsi ilə dövlətlərin, o cümlədən onların fövqündə dayandığı cəmiyyətlərin inkişafı həmahəng xassəyə malikdir. Azərbaycanda da media fəaliyyətinə ciddi önəm verilməsi bundan qaynaqlanır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il yanvarın 12-də imzaladığı Fərmanda deyildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.

Əslində, Azərbaycanda media sahəsində islahatlar davamlı xarakter daşımaqdadır. Yəni, sahənin inkiafını sürətləndirmək əzmi yalnız haqqında söz açdığımız fərmanda yer alanlardan ibarət deyil. Bununla bağlı əvvəlki illərdə imzalanmış dövlət sənədlərini də vurğulamaq mümkündür. Ümumən isə ölkəmizdə informasiya siyasəti Konstitusiyamızda əksini tapmış həm fikir, söz və məlumat azadlığının, həm də vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təminatına yönəlib. Nəzərə alınıb ki, müasir informasiya və telekommunikasiya texnologiyalarının təsirinin artdığı hazırkı dövrdə media cəmiyyətin sosial-siyasi və mədəni həyatının düzgün formada təşkilində mühüm vasitədir. Bu vasitə infrastruktur baxımından yenilənməli, onun peşəkarlığı güclənməlidir. Güclənməlidir ki, medianın informasiya təhlükəsizliyimizin təminatında mühüm yeru və rolu olsun. İnformasiya təhlükəsizliyinə gəlincə, o, heç də yalnız xaricdə ölkəmiz əleyhinə olan informasiya təhdidlərinin qarşısına müdafiə sipəri çəkmək deyil. Başqa təhdidlər də var və yazımızda söz açacağımız mətləblər həm də həmin təhdidlərin aradan qaldırılması zərurətini ortaya qoyur.

Digər tərəfdən, dövlətimizin başçısı 2022-ci il iyulun 22-də Milli Mətbuat Günü ilə bağlı Azərbaycanın media nümayəndələrinə müraciətində vurğulayır ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Deməli, informasiya təhlükəsizliyinin təminatında iştirakla yanaşı, başlıca hədəf eyni zamanda budur - dünya informasiya məkanına inteqrasiya. Prezident İlham Əliyev bu baxımdan zəruri olan məsələləri müxtəlif çıxışlarında da yetərincə əhatəli formada vurğulayıb.

***

Mediamızın mühüm komponentlərindən sayılan televiziya və radio vasitələrimiz dövlətimizin islahat məntiqindən faydalanaraq, inkişaf yolu tutmaqdadırlar. Dövlət dəstəyi, diqqət və qayğısı konseptual baxışa əsaslanmaqla, onların cəmiyyət üçün prioritet əhəmiyyət daşıyan məsələlərə köklənməsinə, mövcud istiqamətdəki fəaliyyətlərinin stimullaşdırılmasına, qeyri-obyektiv rəqabət mühitinin ictimai mənafeləri ikinci plana çıxardığı şəraitdə müqavimətlərini gücləndirməyə hesablanıb. Müvafiq olaraq, son illərdə telekanallarımızda və radiolarımızda müsbət meyillərin mövcudluğunu göstərən məqamların artdığını müşahidə edirik. Bu tip media vasitələrində cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən məsələlərlə bağlı məzmunlu və baxımlı çoxsaylı sənədli filmlərin və reportajların hazırlandığının şahidiyik. O cümlədən, mühüm əhəmiyyət daşıyan məsələlər ətrafında ekspertlərin iştirakı ilə müzakirələrin və debatların təşkil edilməsi də diqqətimizdən yayınmır. Xüsusən, radiolarının maddi-texniki bazasının güclənməsinin, əhatə dairəsinin genişlənməsinin onların fəaliyyətində əsaslı dönüş yaratdığını vurğulaya bilərik. Telekanallarımızın isə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri günlərində göstərdikləri mütəşəkkilliyi ayrıca qeyd etməyə ehtiyac var.

Bütövlükdə mediamız kimi, onun tərkib hissəsi sayılan televiziya və radio kanallarımız da Ermənistan tərəfindən həyata keçirilən təxribatların qarşının alınmasında fəal rol oynayıblar. Bu zaman milli maraqların müdafiəsini əsas götürüblər. Hazırda onlar ölkəmizdə sosial-iqtisadi inkişafı, habelə, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına yönələn tədbirlərin hərtərəfli təbliğatçısı kimi çıxış edir, peşəkar səviyyədə geniş materiallar, reportajlar, süjetlər, təhlillər və şərhlər hazırlayırlar.

Ümumən, teleradiolarımız ümummilli məsələlərin təqdimatında, Azərbaycanın ədalətli mövqeyinin təbliğində mühüm rol oynayıblar və eyni missiyanı davam etdirirlər. Cəmiyyətin milli və bəşəri ideyalar ətrafında səfərbərliyi kimi məsələlərdə də öz sözlərini layiqincə deyir, vətənpərvərliyi peşə prinsipləri ilə uzlaşdırırlar. Cəmiyyətimizin operativ və dolğun məlumatlandırılması istiqamətində genişmiqyaslı fəaliyyətlərinin nəticəsidir ki, canlı efir mədəniyyəti formalaşıb. Müsbət mənzərəyə xarici ölkələrdən ictimai maraq doğuran reportajların hazırlanmasını, tanınmış əcnəbilərlə müsahibələri də əlavə etmək yerinə düşər.

Həmçinin, onu da deməliyik ki, Azərbaycan telekanalları xarici media ilə fəal əməkdaşlıq əlaqələri qurur, birgə layihələr reallaşdırırlar. Məzmunlu proqram siyasətləri və maarifləndirici dəst-xəttləri nəticəsində özlərinin tamaşaçı auditoriyalarını genişləndirirlər. Bu baxımdan AZTV və İTV-ni xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, “Real TV”nin və ARB 24-ün timsalında telekanallarımızın güclü məlumatlandırma potensialının olduğunu, cəmiyyətimizdə və dünyada baş verən hadisələri daim diqqətdə saxladıqlarını, CBC-nin beynəlxalq auditoriyaya çıxışını qeyd etmək lazımdır.

***

Lakin bütün uğurlara rəğmən, televiziya və radio kanallarımızda problemlər də var. Nəzərə alsaq ki, media fəaliyyətinin özü müstəsna ictimai hadisədir, bir çox hallarda bu hadisənin gerçəkləşməsi naminə reallaşdırılan fəaliyyətin günün tələbləri çərçivəsində olmadığını görürük. Nəinki günün tələbləri çərçivəsində olmur, heç buna cəhdin göstərildiyi də nəzərə çarpmır. Nəticədə, bəzən telekanallarla cəmiyyətin tam fərqli cinahlarda dayandığına dair xoşagəlməz təsəvvür formalaşır.

Onu da nəzərə alaq ki, media fəaliyyətində başlıca peşəkarlıq meyarı həssaslıqdır. Daha doğrusu, həssaslıq ən böyük peşəkarlıq meyarıdır. Təəssüf ki, televiziya və radio kanallarımızdakı bəzi proqramlarda peşə həssaslığının reytinqlərdə üstünlüyə yiyələnmək istəklərinə qurban verildiyinin şahidiyik. Bu, üzücü mənzərə formalaşdırır. Söhbət utanc yaradan mənzərənin üzücülüyündən gedir. Bəs cəmiyyət üzvlərini telekanallara baxmaqdan utandıran hansı cəhətlər var?

Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Mətanət Əliverdiyeva, Elgiz Əkbər, Zaur Kamal. Yox, bu adamları “eybəcər” adlandırmaq niyyətindən uzağıq. Bizim üçün onlar tədqiqat predmetidirlər. Çünki aparıcısı olduqları proqramları sırf peşəkarlıq baxımından nəzərdən keçirmişik. Heç şübhə etmirik ki, bu adlar hər gün “beyin terapeyasına” məruz qoyduqları vətəndaşlara daha çox tanışdırlar.


Bəli, zaurlar, toliklər, mətanətlər, elgizlər teleməkanımızda at oynadır, çalışdıqları media orqanlarının ictimai yükünü sıfıra endirirlər. Onların auditoriyaya müraciət tərzi ikrah doğurur. Öz aləmlərində, xalq dilində danışdıqlarını zənn edirlər. Ləhcə və şivənin istifadəsində bəsit motivlərə köklənirlər. Ümumiyyətlə, bu baxımdan heç bir artistizmləri və istedadları gözə dəymir. Bizə bu aparıcıların efir vaxtının çox hissəsini tutmaları lazımdırmı? Onların fəaliyyətlərində hansısa ictimai motiv varmı?


Media, müəyyən mənada, tərbiyələndirici funksiya daşımalıdır. Yəni, onun maarifləndirici missiyası həm də fərdləri tərbiyə etməlidir. Ancaq adlarını çəkdiyimiz şəxslər tam fəqrli yol tuturlar. Özü də demək olar, hər gün 3-5 saat. İstər-istəməz, onların yarıtmazlıqları şüurlarda, bir növ, ictimailəşmiş hadisə kimi qəbul olunmağa başlayır. 

Acınacaqlı haldır ki, gənc nəslin içərisində Zaura, Xoşqədəmə, Elgizə, Laləyə, Tolikə, Mətanətə oxşayıb jurnalist olmağı düşünənlər var. Həmin gənclərə heç cür başa salmaq olmur ki, bu adamların ortaya çıxardıqları gerçək jurnalistika deyil. Çünki gördükləri mənzərə var. Yaxşı halda, bu mənzərə qarşısında nəzakətsizlik etməyib susur, məchul nəzərlərini işə salırlar. Əslində, nəzərləri ilə təxminən bunu deyirlər: Zaurun, Xoşqədəmin, Elgizin və onlara oxşar digərlərinin gördükləri pis işdirsə, nə üçün televiziyada aparıcılıq edə bilirlər? Nə deyəsən, haqlıdırlar. Haqsız durumu formalaşdıranlar isə telekanal rəhbərləridir. Ancaq yalnız onlarmı?..


Bəli, lalələrin, elgizlərin, xoşqədəmlərin, zaurların, toliklərin çalışdıqları telekanallarda təqdim etdikləri sosial proqramlar və şou-biznes xarakterli verilişlər son dərəcə təhlükəlidir. Adlarını çəkdiyimiz aparıcılar kimlərinsə eyiblərini o qədər qeyri-peşəkar tərzdə ortaya qoyurlar ki, istər-istəməz şəxsi həyata müdaxilə ön plana çıxır. Bu şəxslərin təqdimatları dəyərlərimizə, mental xüsusiyyətlərimizə aşkar həqarətdir. Onların “xidmətlərinin” nəticəsidir ki, telekanallar orta əsrlərdəki inkvizisiya məhkəmələrini xatırladırlar. Təsəvvür edin ki, ayrı-ayrı adamlar, televiziya ekranlarında linç olunurlar. İki-üç dar təfəkkürlü ekspert isə bu dəhşət mənzərəsində tamamlayıcı rol oynayır, onsuz da eybəcər olan durumu bir qədər də eybəcərləşdirir. Yeri gəlmişkən, telekanalların həmin ekspertlərdən onları efirə çıxarmaq üçün “haqq” aldıqlarına dair məlumatlar da yayılmaqdadır. Müasir media menecmenti budurmu?


Deyəsən, əsas məsələ həm də “haqq” dediyimiz nəsnədədir. Yəqin, elə buna görədir ki, efir mədəniyyətini heçə sayan aparıcıların kultlaşdırıldığını görürük. Ola bilər, düşüncə budur: pul gətirirlərsə, deməli, hər sözü deyə, hər mövzudan söz aça, hər cür cəfəngiyyatı dilə gətirə bilərlər.

Aparıcılar krallar, şahlar kimi qeyri-məhdud səlahiyyətə malikdirlər. Onlar auditoriya ilə məzələnir, təvazökarlıqdan uzaq hərəkətləri ilə gözə girirlər. Yekunda media dəyərləri, ictimai motivlər, cəmiyyətin normaları kultlaşdırılmış obrazların arxasınca sürünür. Beləmi olmalıdır? Budurmu jurnalistikanın mahiyyəti? Əlbəttə ki, yox!


Digər yandan, ayrı-ayrı sosial proqramlara diqqət yetirəndə elə təəssürat yaranır ki, sanki Azərbaycanda dövlət hakimiyyəti yoxdur, dövlətin bütün funksiyalarını telekanallar, daha doğrusu, həmin kultlaşdırılmış aparıcılar yerinə yetirirlər. Onlar detektivdirlər, ağır cinayətin üstünü açırlar, təhqiqat aparırlar, günahkar və məsumları müəyyənləşdirirlər, saxta insanpərvərliyə bürünüb, guya mərhəmətli davranırmış kimi görüntü yaradırlar. Şübhəsiz, bu kimi hallar vətəndaşla dövlət arasında inamsızlıq toxumları səpir. İstər-istəməz, sual yaranır: bir halda ki, aparıcılar hər bir işin öhdəsindən gəlirlər, dövlətə nə ehtiyac var?

Ümumən, bəzi televiziya və radio kanallarındakı proqramlara nəzər salanda küçə söyüşlərini, jarqonları, ədəbsiz sözləri, tərbiyəsizlik assosiasiyası verən deyimləri, eyhamları eşidirik. Belə hallar Azərbaycan ədəbi dilinin norma və qanunlarının aşkar şəkildə pozulmasıdır. Nəzərə alsaq ki, media həm də dil hadisəsidir, tam əminliklə demək olar ki, hazırda bəzi televiziya və radio kanallarımız ana dilimizi korlamaqla, ona həqarətli münasibət göstərməklə məşğuldurlar.

Daha bir xarakterik tendensiya odur ki, sosial şəbəkələrin informasiya yükünün artdığı hazırkı şəraitdə bu müstəvidə yayılmış bilgilər, ayrı-ayrı fikirlər media tərəfindən xəbərə çevrilir. Birmənalı qaydada bunun neqativ hal olduğunu söyləmək olmaz. Hansısa vətəndaşın öz sosial şəbəkə profilində qaldırdığı məsələdə ictimai motivin olması mümkündür. Media orqanı, indiki halda telekanal və radio həmin məqamı işıqlandırmaqda sərbəstdir. Amma bu zaman peşəkarlıq öndə olmalı, mövzu daha da dolğunlaşdırılmalıdır. Hiss olunmalıdır ki, ona jurnalist yanaşması var. 

Təəssüf ki, bunun əksini görürük. Bir qayda olaraq, sosial şəbəkələrdə yayılmış eybəcərlik, kimlərinsə ostap bendersayağı məşhurlaşma niyyəti ilə ortaya atdığı görüntülər telekanallarda son dərəcə düşük şərhlərlə işıqlandırılır. Bu zaman da peşə prinsiplərinə aşkar həqarət yolu tutulur. Belə təəssürat yaranır ki, televiziya və radio kanallarımız ancaq ucuz reytinq yarışmasında geri qalmamağı düşünürlər. İctimai maraq və mənafeləri tam arxa plana atırlar. Ancaq vurğuladıqlarımız hələ son deyil. Yəni, sosial şəbəkələrdəki dedi-qoduların televiziya ekranlarına çıxdığının, hətta dəfələrlə yayımlandığının şahidi oluruq, bu, öz yerində. Aparıcıların əl-qolla, ucuz populizm tonu, yersiz mimika və jestikulyasiyalarla duruma “rəng qatmaları” həmin vəziyyəti tragikomik hala gətirir.

Mövcud xüsusda başqa bir məqama diqqət yetirək. Bəzən qənaət formalaşır ki, sosial şəbəkələrlə televiziya və radio kanallarının belə demək mümkünsə, tandemi var. Birincilər ikincilər üçün “material” olduqları kimi, ikincilər də birincilər üçün istinad nöqtəsinə çevrilirlər. Televiziyaların və radioların bəsit verilişlərinin ayrı-ayrı hissələri sosial şəbəkə seqmentini “bəzəyir”. Beləliklə, birincilərin təqdimatlarındakı sərsəm motivlər sosial şəbəkələrdəki müzakirələr fonunda daha da "dramatikləşir". Nəzərə alsaq ki, media həm də cəmiyyətə mənəvi zövq aşılamalıdır, qeyd etdiyimiz xüsus fonunda həmin zövqün kirləndirilməsi prosesi gedir. Bundan itirən isə bütövlükdə cəmiyyətdir.

***

Bəs nə edək? Yaxud nə etməliyik ki, itirməyək? Əlbəttə, sadaladıqlarımız fonunda, bilavasitə, günahkar axtarışına çıxmaq məntiqindən uzağıq. Ancaq bu duruma görə məsuliyyət daşıyanlar barədə söz açmağımıza əsas yaradır. Yuxarıda telekanal rəhbərlərinin bu sayaq aparıcılara meydan verməklə, onların proqramlarının yayımına şərait yaratmaqla, yumşaq desək, düzgün yol tutmadıqlarını vurğuladıq. Lap əvvəldə isə Azərbaycanda media siyasətinin fundamental istiqamətlərindən söz açdıq. Bu siyasətin hədəflərini açıqlamağımız heç də təsadüf deyildi.

Qeyd edək ki, “Media haqqında” Qanunda ölkəmizdə audiovizual media sahəsini tənzimləyən orqan kimi Audiovizual Şura müəyyənləşib. 2002-ci ildə yaradılmış Milli Televiziya və Radio Şurasının varisi olan bu qurum fəaliyyətində mövcud sahədə tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, dövlət siyasətinin formalaşmasında iştirak, bu siyasətin reallaşdırılmasını təmin etmək səlahiyyətinə malikdir.

Konkretliyə gəlsək, Audiovizual Şuranın televiziya və radio məkanımızda nizam-intizam yaratdığını söyləmək mümkündür. Qurum mövcud istiqamətdə təsnifatlandırma aparıb və bu cəhət yayım məsələlərinə müasir dövrün tələbləri baxımıdan yanaşıldığının, televiziya və radio yayımının ən müxtəlif parametrlərinin nəzərə alındığının bariz təsdiqidir.

Onu da bildirməliyik ki, audiovizual media subyektləri üçün icrası məcburi olan qərarların qəbulu səlahiyyətinə malik Audiovizual Şura inzibati xəta əlamətləri aşkar etdikdə “Media haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görməyə, habelə qanunvericilikdən irəli gələn digər vəzifələri yerinə yetirməyə mükəlləfdir.

Əlbəttə, Audiovizul Şuraya yol göstərmək kimi məqsədimiz yoxdur. Ona görə ki, həm yol müəyyəndir, həm də qurumun reallaşdırdığı siyasət həmin yolda gedildiyinin təsdiqidir. Ancaq sadaladığımız neqativ halları da bir kənara qoya bilmərik. Deməli, Audiovizual Şuranın bundan sonra öz işinə daha ciddi yanaşması şərtdir. Güman edirik ki, belə də olacaq və nəhayət, televiziya və radio ənənələrimizə, müasir teleradio məkanımızdakı müsbət meyillərə, inkişafa xələl gətirən “ictimai gilyotin” səhnələri tarixin arxivinə gömüləcək, cəmiyyətin norma və prinsiplərini təhdid edən zay proqramların yerini sağlam düşüncə aşılayan efir və ekran nümunələri tutacaq.

“Xalq qəzeti”nin Analitik qrupu

Şərhlər

Aqşin 2024-03-12 15:41:22

ARB-də 12 mart tarixindəki Elgizlə izlə" verilişinə baxan o verilişə nə qiymət verə bilər? 15 dəqiqə Pərvanənin itindən,sonra bir artistin ad gününə itə görə gedə ilməməsindən nağıl edir.Belə verilişlərin televiziyada getməsi bu sahədə özbaşınalığın və tamaşaçılara hörmətsizliyin əyani sübutu deyilmi?Belə anlaqsız ,səriştəsiz,lağ-lağıçı aparıcılar ekrana nə cür yol tapır?

Ənvər 2024-03-11 10:59:20

Yazdıqlarınızı bəyəndim.Çox sağ olun.Sizin kimi insanlar ilə fəxr edirik.

B.Kolxozdar 2024-03-11 10:13:37

1986-dan SNN də yox, ölkəmizi *satılmış* Kremlin məxfi təxribat ssenariləri üzrə əsasən BBC idarə edirdi və BB mütləq qaydada öz məramına tam nail oldu!?

GÜLAĞA 2024-03-11 09:24:05

BU VERLİŞLƏRİ YIĞRIŞDRIN..MİLLƏT XATirinə.ƏXLAQIMIZA ziddir.

Camal 2024-03-10 21:33:35

El dağdan qayıdanda, axsaq keçilər qabağa düşər.... Dəvə dəlləklik edər köhnə hamam içində....

Camal 2024-03-10 20:18:27

Radip-Televiziya Komitəsi.Mədəniyyət Nazirliyi isə bu eybəcrliklərə nədənsə kənardan seyr etməkdədirlər. Bəs bu verilişlərdən Nazirlər Kabinəs.Prezident Aparatının əlaqəli əməkdaşları məlumatlı deyillər?

Yetmalı 2024-03-10 18:34:22

Tez tərpənmisiniz,qoy bir az da milləti biabır etsinlər,sonra baxarsınız....İllərdir bu heyvərələr xalqı ələ salıb gülürlər,abırsız,ləyaqətsiz hərəkətlərlə bezdiriblər,indi ayılmısınız?Yoxsa komanda verilib siz də başlamısınız?

Vüqar Əliyev 2024-03-10 16:21:40

Özəl kanallara nəzarətin yoxluğu,özbaşınalıqlarına gz yummaq millətin mənəvi,kultural və intelekt səviyyəsini korlamaqda davam edir.Axı bunun qarşısını almaq üçün dvlətin kifayər qədər orqan ( Mədəniyyər nazirıiyi,Tadio-televiziya Komitəsi,DİN,Nazirlər Kabineti,Prezident Aparatı və s.)mövcuddur. onların nəzarətsizliyi və kənardan baxmaıarı bu vacib məsələni tragik hala gətirib.Belə bir özbaşınalıq və səvittəsizliyi dərhal nəzərə almaq və ciddi tədbirlər görməyin vacibliyini diqqətə almaq və lazımi tədbirlərin görülməsini ləngitməmək və belə uyğunsuzluğun qarşısını dərhal almaqvacibdir.

Molla Nəsrəddin 2024-03-10 16:00:25

Gözü göy saqqalı sarı, özü səy,....

Qalib 2024-03-10 15:55:06

Bunların hansı həyat təcrübəsi var ki, (Amil də ) hadisə araşdırırlar? Oturun "Yüz numaralı adam" filminə baxın , sonra sizəyaraşan sözləri "Meraklı kufteçi" filmindən eşidəndə rahatlanın.

Bəhrami 2024-03-09 23:21:11

Azı iki kanalda saat 8-20 arası hər dərs azı 15-20 dəq olmaqla tam orta məktəb kursu yayımlanmasa deməli, biz cəmiyyətimizə kamal vətəndaş deyil, formal *İnsanı Kapitalı* attestatı vermək niyyətindəyik?

Watchman 2024-03-09 23:15:33

Bunlar efirə özbaşına çıxmırlar. Onlari efirə buraxırlar. ...

Moshu 2024-03-09 22:01:19

“Media haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.1-ci maddəsinə müvafiq olaraq komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır. İlk növbədə onu qeyd etmək istərdim ki, ümumiyyətlə bu qanunun dili o qədər qəliz və çətin tərtib olunub ki, onun mahiyyətini anlamaq çətinlik yaradır. Madənin mətnini iki cür təhlil etmək olar. Birinci təhlildən belə görünür ki, maddədə sadalanan proqramları ümumxalq hüzn, Anım və matəm günlərində yayınlamaq qadağandır. İkinci təhlildən isə belə görünür ki, maddədə sadalanan proqramları ümumiyyətlə yayınlamaq qadağandır. Qadın xeylağına veriliş zamanı şpaqat açmaq hansı normalara sığır. Verilişlərin gedişi zamanı hansı oyunlardan çıxmalarına bu proqramlara baxanlar da şahidlik edirlər. Elə bil ki, vətəndaşlarımız da bir növ “narkoman” olublar. Teleməkanın bu üzqaralarına gəldikdə, bilmirəm ARB kanalına kim krışalıq edir, sözün əsl mənasında krışalıq. Bu sahəyə məsul olan vəzifə sahibləri məgər bilmirlər ki, bu proqramlar insanlarımızın tərbiyəsini, mənəviyyatını, baxışlarını dəyişir, milli dəyərlərə ermənilər qədər ziyan vururlar. O vaxt oyanacağıq ki, it də gedib, ip də. Hər şeyə ölkə başçısımı nəzarət etməlidir. Elədirsə, bu sahəyə məsul olanlar hara baxır. Kiçik bir məsələni də bölüşmək istərdim. Belə ciddi məsələyə on üç nəfər fikir bildirib. Azpolitikanın rəhdərliyindən xahişim odur ki, bu mövzunu gündəmdə saxlasın, bəlkə oxucularımızın nəhayət donu açılar. Bir sözlə, bu məsələyə cənab Prezident əl gəzdirsə heç də pis olmaz.

Cəbrayıl 2024-03-09 21:48:31

Bu məsələ həm ölkə əhalisi və həm də ölkə imici üçün ciddi məna kəsb etdiyindən Azərbaycanda Radio,Televiziyaların fəaliyyətinə Nazirlər Kabinetnin və Prezident Aparatının da münasibəti vacibdir.Belə özbaşınalığın,intelektualslzlığın,intizamsızlığın qarşısı alınmalıdır.f

Prezidentimizi sevən 2024-03-09 21:43:40

Verilişləri əyləncə yerlərinə çevirmək bədbəxtçiliyə gətirib çıxarır. Verilişlər dövlətimizə kömək etmək üçün müəyyən addımlar atmalıdır. Belə ki, Vəkilliyə , Hakimliyin və Dövlət qulluğuna imtahan verən namizədlərin topladıqları balları müzakirə olunmalı, sonda qəbul olunanlar ictimaiətə məlumat verilməlidir. Vəkilliyin və Hakimliyin Test imtahanından ən yüksək Bal toplayan namizədlər kənarda qalmış, keçid balı toplayanlar isə Vəkil və Hakim təyin olunmuşlar. Verilişdə belə şeylər müzakirə olunsa korrupsionerlər hüç olmasa özlərini yığışdırarlar və döxlətimizə xidmət etməyi öyrənərlər.

SAVALAN 2024-03-09 21:12:52

Bu tərbiyəsizlər yığını tv-lərdən uzaqlaşdırılmalı və bunları himayə edib millətin əxlaqını pazmağı tapşıranlarla birgə məsuliyyətə cəlb edib həbs edilməlidirlər. Bunlar mütləq cəzalanmalıdır. ƏXLAQI POZULMUŞ MİLLƏT ARTIQ MÖVCUD OLMUR!

Cahan 2024-03-09 20:22:17

Baxımsız,intelektsiz.milli davranışa uyğun olmayan.tək-tək eybəcərlikləri ortaya çıxarıb onu mövzu etmək.insanların hissiyyatı ilə saatlarla oynamaq ,illərlə eyni səviyysiz və adi səhnə davranış qaydalarını anlamayan aparıcılar cəmiyyətdə niftətlə qarşılandığının diqqətə alınmaması televiziyaları baxımsız edib.

Türk Turan 2024-03-09 18:22:59

Bunlara qarşı ciddi tədbirlər görülməlidir!

Senan 2024-03-09 17:01:49

Onları nə qədər tənqid edirsiniz ancaq əksinə tarakan kimi çoxalırlar.

Eldeniz 2024-03-09 16:59:24

Tik toku da birdefelik baglasinlar ..

HAFİZ 2024-03-09 16:35:16

20 İLDİR TELEVİZİYADA EYNİ SİFƏTLƏRDƏN VƏ SƏVİYYƏSİZ VERİLİŞLƏRDƏN, hAKİMİYYƏRİN TƏRİFNAMƏSİNDƏN İBARƏT XƏBƏRLƏRDƏN HAMI BEZİB.

KƏRİM 2024-03-09 16:31:46

Özlərini batlarda,kecə klublarında "reklam "edən "müğənniciklər" televiziya ekranlarına yol tapmamalıdırlar.Sadalanan aparıcılatr ( Zaur.Mətanət) bundan da pul qazanırlar.

Rəhim Abbasov 2024-03-09 16:27:16

Bu yazı; çox gecuikmiş olsa da hamının düşündüyü mövzudur.İllərdir bu sadaladığınız şəxslərin televiziya kanallarını zəbt etməsi,kanalları baxımsız etməsi kanal sahiblərinin düşüncələrinin də həmin verilşlər ampulasında olduğunu,PT Komitəsinin fəaliyyətinin qənaətbəxş olmadığının sübutudur.Bu saaylarla davam edən "verilişlərdə"heç kimi maraqlandırmayan,intelektuallıqdan uzaq,tək-tək hər bir cəmiyyətdə rast gəlinə biən neqativ halları işıqlandıraraq,günlərlə ekranı zəbt etmək hansı məntiqə,intelektə uyğunur?Niyə bu məsələ illərdir diqqətdən kənar savlanılıb? Özəl kanallar ölkəyə,ölkə xalqına mədəni.kulyutal,tərbiyəvi mövzuları təqlid etmək əvəzinə yaramaz ,neqativ halları ektana gətirməlidir? Bu məsəll ciddi müzajirə olunmalı və verili.lər yararlı.intelektual,tərbiyəvi və qabaqcıl ideyalar üstünlük təşkil etməlidr..

Təqaüdçü 2024-03-09 15:31:39

Bu verlişlərə baxan orqanlar hara baxır yoxsa baxmırlar xeyir baxırlar lakin tədbir görmək istəmirlər bəli istəmirlər əsil bəla budur istəmirlər.millətin əxlaqının pozulmasına bilərəkdən göz yumurlar bu millətə xəyanətdir gələcək nəsillərə xəyanətdir.əxlaqı pozulmuş müğənni və aparıcılari efirdən qovmaq və bu cür verlişləri qadağan etmək demokratiya söz azadlığı budursa bu mənim xalqıma lazım deyil qoy avropada qalsın.

Vətəndaş 2024-03-09 15:24:09

Vəfalar, Nəfərlər, Rəqsanə qızlari ilə, musa ailəsi ilə,Zeynəb,əlikramlar verilişlərdən qovulmalı.bunlar millətin əxlaqını pozur bunlardan gənclər nə tərbiyə götürəcək.biri efirdə boşanır biri ikinci dəfə ərə getməsindən danışır, villaları millətin gözünə soxan bu qdurmuş insanlara efir qadağası qoyulub toylara dəvət etməmək lazımdır.

Təqaüdçü 2024-03-09 15:06:07

Görü bu millət nə günə qalıb ona Tolik , həbs həyatı yaşayan İlham cadugar, Nanələr, efirdə şpaqat açan Mətanətlər əxlaq dərsi keçir.Bunu görən buna baxan qurumlar yoxdur nə üçün tədbirlər görmək istəmirlər bax əsil bəla budur istəmirlər.

Veteran 2024-03-09 13:46:57

Lalə xanım sizi çox istəyirik bu verliş sizə yaraşmır ya xəbərlərə keçin ya da Salam əsgər verlişini yenidən aparın.

Hərbçi 2024-03-09 13:44:20

Bu verlişlər dərhal bağlanmalı adları çəkilən aparıcılar Lalə xanımdan başqa hamısı efirdən qovulmalı.Nəfəs Zeynəb Şəfa Əlikram kimi müğənlilər efirdən qovulmalidır.Görun bu verlişlərə bir hərbiçi çağrılıb dərdi soruşulur yox.Hamısı biznesdir.millətin əxlaqını poza verlişlərdir bunlar

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.