Menu

Bəzi ölkələr Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edib

09.03.2024, 13:52
Bəzi ölkələr Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ səfirliyinin Moskvadakı vətəndaşlarına mümkün terror aktıyla bağlı məlum xəbərdarlığına digər Qərb ölkələri də qoşulub.

“AzPolitika” xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı səfirliyi ABŞ-nin xəbərdarlığını sitat gətirərək öz saytından paylaşım edib. Almaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Rusiyaya səfər etməməyi şiddətlə tövsiyə edib. İsveç isə regionda vəziyyətin pisləşdiyini iddia edərək, Rusiyadakı vətəndaşlarına beynəlxalq media və səfirliklərdən gələn xəbərləri izləməyi tövsiyə edib. Çexiyanın Moskvadakı səfirliyi Rusiyadakı vətəndaşlarından “ekstremist qrupların mümkün hücumları ilə bağlı yayılan məlumatlara görə” diqqətli olmalarını xahiş edib.

Latviya Xarici İşlər Nazirliyi sosial media hesabında verdiyi açıqlamada ABŞ səfirliyinin çağırışına istinad edərək Rusiyadakı vətəndaşlarına xəbərdarlıq edib. Kanada hökumətinin sosial media səhifəsi də ABŞ səfirliyinin bəyanatından sitat gətirib və vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıb. Cənubi Koreyanın Moskvadakı səfirliyi ABŞ-nin açıqlamasına istinad edərək, öz vətəndaşlarını yaxın gələcəkdə insanların sıx olduğu yerlərdən çəkinməyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol