Menu

İranda daha bir məhbus edam olunub

09.03.2024, 13:57
İranda daha bir məhbus edam olunub

İranda İnsan Haqları Təşkilatı - "HENGAW" xəbər verib ki, martın 6-da Kaşan şəhər mərkəzi zindanında Səlim Baqeri adlı məhbus dar ağacından asılıb.

Məlumata görə, 37 yaşlı məhbus qətldə ittiham olunurdu.

Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman son hesabatında 2023-cü ildə İran zindanlarında 834 məhbusun edam edildiyini açıqlayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol