“Əgər ABŞ Nümayəndələr Palatası 758 saylı qətnaməni qəbul edərsə...”
Sabah ABŞ konqresində 758 saylı qətnamənin müzakirəsi olacaq. Bu qətnamə ABŞ silahlı qüvvələrinin strateji cəhətdən döyüş hazırlığının artırılmasını, Avropada gücləndirilməsini, eyni zamanda Rusiyanın izolyasiyasını nəzərdə tutur. Əksər müşahidəçilər bu qətnaməni yeni soyuq müharibənin başlanğıcı hesab edirlər.
Ohaya ştatından Nümayəndələr Palatasının keçmiş üzvü Denis Kusiniç də bu fikirdə olanlardandır. O, 758 saylı qətnamənin əleyhinə geniş kampaniya başladaraq, ABŞ vətəndaşlarını ona qarşı çıxmağa çağırıb. Kusiniç deyib:

Sabah ABŞ Nümayəndələr Palatası 758 nömrəli qətnamə layihəsini müzakirə edərək, səs verməyə çıxaracaq. Nəzərdə tutulan həmin qətnamənin qəbul edilməsi Rusiyaya qarşı soyuq müharibənin elan olunmasına bərabərdir. Konqresin qərarı yenidən soyuq müharibəni işə salacaq. Bu qətnamə Rusiyanı izolyasiyaya salmağı və strateji cəhətdən ABŞ silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasını və NATO nizamnaməsinin 5-ci maddəsinə xüsusi diqqət ayrılmasını tələb edir. Başqa sözlə, bu qətnamə onu söyləyir ki, Rusiya ilə müharibəyə hazır olun!
Məhz bu cür silah gücünün nümayiş etdirilməsi soyuq müharibənin başlanmasına və sonradan isə uzun illər ərzində onun şiddətlənməsinə güclü təkan vermişdi.”
V.Nəsibov
AzPolitika.info


Şərhlər