Rusiya-Ukrayna müharibəsində həlak olan mülki vətəndaşların sayı 10 min 703-ə çatıb.
“AzPolitika” xəbər verir ki, bunu Birlşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari BMT-dəki çıxışında deyib.
Xiari sözügedən hücumların beynəlxalq hüquqa zidd olduğunu və dərhal dayandırılmasını tələb edib:“Rusiyanın Ukraynaya təcavüzü 10 min 703 mülki şəxsin ölümünə səbəb oldu. Bunlardan 549-u uşaqdır. 20 min 146 nəfər isə yaralanıb”,-deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər