Menu

“Bu, Zelenskini öldürməkdən daha vacibdir” – Rusiyanın BMT-dəki diplomatı

09.03.2024, 14:46
“Bu, Zelenskini öldürməkdən daha vacibdir” – Rusiyanın BMT-dəki diplomatı

“Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskini öldürməyi planlaşdırmır”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.

O, Ukrayna Prezidenti və Yunanısatanın Baş naziri ilə birlikdə Odessada olarkən həyata keçirilən dorn hücumları ilə bağlı tənqidlərə reaksiya verib: 

“...Doğrudanmı, biz Zelenskinin kortejini vurmaq istəsək, bunu edə bilməyəcəyimizi düşünürsüz? Əgər hər hansı biriniz Kiyev rejiminin liderindən bu yolla xilas olacağına ümid edirsinizsə, o zaman sizi məyus edə bilərəm: bu, bizim planlarımızın bir hissəsi deyil”, - Rusiya KİV-i Polyanskidən sitat gətirir.

BMT Təhlükəsizlik Şurasının iclasında o bildirib ki, Rusiya ordusu həqiqətən də martın 6-da Odessaya zərbələr endirib, lakin hədəf dəniz pilotsuz katerlərinin istehsalı sexi olub. Polyanski əmin edir ki, bu məqsədin həyata keçirmək Ukrayna Prezidentini öldürməkdən daha vacib idi.

Xatrladaq ki, Rusiya ordusunun atdığı raket Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin olduğu kortejdən 500 metr aralıda partlayıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençukun sözlərinə görə, hücum nəticəsində 5 nəfər ölüb, eyni sayda yaralı var, Zelenski və Mitsotakis isə xəsarət almayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol