Menu

Asif Əli Zərdari Pakistanın Prezidenti seçilib

09.03.2024, 20:55
Asif Əli Zərdari Pakistanın Prezidenti seçilib

Pakistanda bu gün keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

APA xəbər verir ki, bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, Xalq Partiyasının həmsədri Asif Əli Zərdari seçicilər kollegiyasının 411 səsi ilə qalib olub.

Onun əsas rəqibi Mahmud Xan Açakzay 181 səs toplayıb.

Xatırladaq ki, Pakistan Konstitusiyasına əsasən parlament seçkilərindən bir ay sonra prezident seçkiləri keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol