Menu

Qazaxıstan Prezidenti sabah Azərbaycana səfər edəcək

10.03.2024, 10:00
Qazaxıstan Prezidenti sabah Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.

Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol