Menu

Amsterdamda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələnib

10.03.2024, 20:32
Amsterdamda İslamı sərt tənqid edən partiya lideri ölümlə hədələnib

Amsterdam polisi ifrat sağçı Azadlıq Partiyasının lideri Qert Vildersi öldürməklə hədələyən şəxsi saxlayıb.

“Report” xəbər verir ki, bu barədə siyasətçi “X” səhifəsində yazıb.

“Bu həftə sonu məni öldürməklə hədələyən bir adamı saxlayan Amsterdam polis bölməsinə çox təşəkkür edirəm”, - siyasətçi qeyd edib.

NOS telekanalının məlumatına görə, polis həmin şəxsin həbs olunduğunu təsdiqləyib. Bazar ertəsi məhkəmə istintaq dövrü üçün qabaqlayıcı tədbirlər haqqında qərar verməlidir.

İslamı və müsəlmanları sərt tənqid etdiyinə görə Vilders daim təhdidlər alır və gecə-gündüz polisin xüsusi mühafizəsi altında olur.

Şərhlər

Emin Mustafayev 2024-03-11 10:01:42

Qert Vilders q.hbənin balasıdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol