“Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov parlamentdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.
O bildirib ki, bir çox hallarda şəhərimizdə müşahidə olunan problemlər qayda pozuntularının özündən qaynaqlanan məsələlərdir: “Burada nəinki sürücülər, eyni zamanda piyadalar tərəfindən qayda pozuntuları böyük problemlərin yaranmasına səbəb olur. Qarşıdakı dövrdə bəzi müəyyən tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər də artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Güman edirəm ki, yaxın həftələrdə bu tələblərin tətbiqinə başlayacayıq”.
***
Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.


Şərhlər
BU SAHƏDƏ O QƏDƏR YARAMAZ,,MƏNASIZ MƏHDUDİYYƏTLƏR QOYULUB Kİ,İNSAN ÖZ AVTOMOBİLİ İLƏ KÜÇƏYƏ ÇIXMAĞA PEŞMAN OLUR.KÜÇƏLƏRDƏ HƏRƏKƏTİN TƏŞKİLİ, YERLİ-YERSİZ RADARLARIN YANLIŞQEYDİYYARLARI (SÜRƏT NİZAMLANMASI YOL ÇİŞANLARINA UYĞUN QURULMUR),ŞƏHƏRDƏ DAYANACAQLARIN MƏHDUD SAYDA OLMASI.CƏRİMƏLƏRİN İNSANLARIN GƏLİRLƏRİNİ 4-5 DƏFƏ ÜSTƏLƏMƏSİ,SÜRÜCÜLƏRİ MƏHDUD ÇƏRÇİVƏYƏ SALMAQ HƏVƏSİ İNSANLARI OLDUQCA NARAHAT EDİR VƏ BU SAHƏNİ QAYDAYA SALACAQ QURUMUN İŞİ GÖRÜNMÜR.