İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqəti çəkən detallar üzə çıxıb.
“AzPolitika” xəbər verir ki, ABŞ-nin “Maxar Technologies” şirkətinin Moskvadakı qəbiristanlıqdan yayımladığı yeni peyk görüntüləri müharibədə həlak olan rus hərbçilərin sayının ciddi şəkildə artdığını ortaya çıxarıb.
Məlum olub ki, müharibədə həlak olan rus əsgərlərinin dəfn olunduğu qəbiristanlıqdakı məzar sayı 1,5 ildə 3-4 dəfə artıb.
Xatırladaq ki, Ukrayna lideri Volodimir Zelenski 180 min rus əsgərinin öldüyünü, on minlərlə əsgərin yaralandığını bildirib. Digər tərəfdən “BBC”-nin Rusiya xidməti ölən 45 mindən çox əsgərin adının müəyyən edildiyini açıqlayıb.
“AzPolitika.info”





Şərhlər