Menu

Keçmiş deputat hakim qarşısına çıxarılır – Çirkli pulları yumaqda ittiham olunur...

11.03.2024, 20:34
Keçmiş deputat hakim qarşısına çıxarılır – Çirkli pulları yumaqda ittiham olunur...

Barəsində cinayət işi açıldığına görə yenidən həbs-qətimkan seçilən sabiq deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

“AzPolitika” xəbər verir ki, keçmiş deputat deputat məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov baxacaq.

İş adamı, keçmiş deputat H.Abdullayev Azərbaycandan getdikdən sonra Almaniyada siyasi qaçqın statusu alıb. O, 6 il əvvəl Türkiyədə həbs olunaraq ölkəyə gətirilib. Keçmiş deputat bir neçə dəfə əfv üçün ölkə rəhbərliyinə müraciət etsə də, xahişi təmin edilməyib. Onun cəza müddətinin bu ayın sonu başa çatacağı gözlənilirdi.

Amma Hüseyn Abdullayev barəsində yeni cinayət işi açılıb. O, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci maddəsi) ittiham olunur.

“AzPolitka.info”

Şərhlər

ƏNHU 2024-03-12 03:06:18

Ölkədə təcili radikal addımlar atılmalıdır. Parlament üsulu bizim ölkəyə yaramır. Bunu etiraf etməkdən çəkinməməliyik. Çünki bu qurum düzəlmir. Dünya praktikasında olmayan başqa bir şey fikirləşməliyik. Xalq nə qədər quldura çevrilmiş sabiq deputat tanıyır. Biz artıq parlamentdəkilərdən qorxuruq. Heç kim köhnələrin pis, təzələrin yaxşı olduğunu deyə bilməz. Çünki onların əməlləri, ancaq deputatlıq müddətrləri başa çatandan sonra ortaya çıxır. Toxunulmazlıq, qeyri-qanuni biznes və həddən ziyadə maaş onları ldırım sürəti ilə tirana çevirir. Dərhal Avropada binə qurmaq eşqinə salır.Ailə maraqları xalqı arxa plana atır. Seçki vaxtı millətə yalvarıb ilan dili çıxaran arıq və nimdaş adamlar ikicə günün içində dəyişib başqalaşırlar. Millətə yox, dövlətə vəkilik etməyi məqsdəmüvafiq bilirlər. Onlar bizim qanunlarımızı mürtəceləşdirirlər. Üzümüzə hardan işıq düşürsə dərhal oranı qapayılar. Xalqın övladlarına heç nə qıymır, verdiklərini də öldürüb ölümdən qaytardıqdan sonra sanki “şişin burnunda” verirlər. Öz övladlarını isə bəsləyir, oxudur, müharibələrdən gizlədirlər, onlar üçün uzaq üfüqlərə aparan zəminlər hazırlayırlar. Seçici bir də oinda xəbər tutur ki, seçib Bakıya göndərdiyi deputatın gül balaları xəlvətcə xaricə daşınıblar. Azərbaycan pis imiş. Bəyəniləsi, yaşanası ölkə deyilmiş. O Azərbaycan ki, sabiq və hazırki deputatlardan fərqli olaraq millətinə tam təmənnasız -bir qəpik maaş istəmədən xidmət göstərməyə hazır olan könüllü və yüksək savadlı kişilərin vətənidir. Bəli Azərbaycanda Parlament üsulu ləğv edilməli, bu qanunverici orqan seçkili deyil, könüllülük prinsipi ilə formalaşmalıdr. ƏGƏR İNANMIR VƏ QORXMURSUZSA, ONJDA ÖLKƏ BOYU ELAN VERİN. DEYİN Kİ, PARLAMENTƏ MAAŞA VƏ TOXUNULMAZLIĞA EHTİYACI OLMAYAN SAVADINA VƏ NƏFSİNƏ GÜVƏNƏN DEPUTATLAR TƏLƏB OLUNUR. ÖLKƏNİN ƏN TƏMİZ VƏ PAK .ADMLARI ONDA BİR ARAYA GƏLƏCƏK. EDİN DƏ BAXIN.

Millət 2024-03-11 16:06:15

bəs Feyziyev,Məmmədyarov,Ziya Məmmədov,Kəmaləddin və sairə,və sairə?

Mehman 2024-03-11 14:13:39

çirkli məsələsində dərinə getmək lazım deyil. elə olsa bütün deputatlar yuyulub - təmizlənib asılsın. yəni qyrumaq məqsədi ilə nəzərdə tuturam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol