Menu

HƏMAS lideri İsrail ilə razılığın əldə olunmasından danışıb

11.03.2024, 14:13
HƏMAS lideri İsrail ilə razılığın əldə olunmasından danışıb

“Qəzzada müharibənin bitməsinə, İsrail əsgərlərinin geri çəkilməsinə və didərgin düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına zəmanət verilmədən İsrail ilə razılığın əldə olunmasından söhbət gedə bilməz”.

“AzPolitika” xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.

Haniyə HƏMAS-ın indiyə qədər aparılan danışıqlara müsbət yanaşdığını və bu məsələdə məsuliyyətli davrandığını qeyd edib. 

İsrailin razılaşmanın prinsiplərinə sadiq qalacağına dair heç bir zəmanət vermək istəmədiyi üçün hələlik razılığın əldə olunmadığını qeyd edən Haniyə, HƏMAS-ın danışıqların davam etdirilməsinə və bu prinsipləri ehtiva edəcək hər hansı bir formula açıq olduğunu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol