Menu

TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə

11.03.2024, 20:41
TV rəhbərləri PA-ya çağırıldı - Bu verilişlərə görə

Bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.

"AzPolitika" xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.

Məlumata görə, onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bəsit və bayağı verilişlərin çəkisinin artması narahatlıq doğurmaya bilməz. Həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Gündəlik 3-5 saat davam edən bu verilişlərdə insanların şəxsiyyəti alçaldılır, efirdə təhqir və ədəbsiz ifadələr işlədilir, efir mədəniyyəti, nitq qabiliyyəti, bilik səviyyəsi tələblərə cavab verməyən aparıcılar və ekspertlər isə sanki cəmiyyətə meydan oxuyurlar.

Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.

"AzPolitika.info"

Şərhlər

dadaşyev 2024-03-13 00:45:00

Könül istərdi ki televiziyamızdakı verilişlər “Nə baş verir”,”Peşəkar mübahisə”, Xəzərdə və ATV-də səhər xəbərləri,AzTV-də həftəlik xəbərlər səviyyəsində,yumor da komedixana səviyyəsində olsun.Ən çox da “Nə baş verir”də Şəhla xanıma, ATV səhər xəbərində Kübra xanıma, Xəzərin səhər xəbərində Aytən xanıma baxıram.Aparıcı kumirim Şəhla xanım Vəliyevadı,yumor kumirim komedixanadakı Zarina.Bir də sovet vaxtının köhnə kinolarına baxıram.Qalan verilişlər donqilidi.Oriyer.Senz.

Hərbçi 2024-03-12 11:24:17

Ay kişilər bu verlişlərə şəhid qazı övladlarını çağırın onların dərdləri ilə maraqlanın.dövlət hər cür qayğı göstərilir lakin bəs biz bəs siz.Siz onlara borcludur əbədi. Nəfəs,Vəfa baləli Zeynəb, mətaənətlər,səyidələri qovun bu efirdən.verlişə ziyalı insanları çağırın pula bu vətənin satmayın,Görun bu aparıcıların bahalı maşınlarını ev və villalarını qudurğan həyat tərzini nəyin hesabına bu verlişlərin hesabına millətin əxlaqını pozmaq hesabına bu millətə vətənə xəyanətdir

dadaşyev 2024-03-12 01:30:03

Televiziyanı şit hırıltılar bürüyüb vallah.Hansı kanalı açırsan ya manıs və manısələrdi,ya qoyunun yarısını bir obedə bişirən aşpazlardı,ya toyxanada hamısı yallı gedir yorğa gedir,ya guya yumor serialıdı amma elə bilirsən papuaslardı-çukçalardı qaqqıldıya-qaqqıldıya elə gülüşürlər ki qadınlı-kişili hamısının udlağı görünür.Yarıdan çoxusu da işğaldan azad etdiyimiz bölgələrdəndi, heç elə bil o torpaqların bunlara aidiyyatı yoxdu,kök salıblar paytaxt televiziyasında,tərpənmək niyyətləri qətiyyən oxunmur sir-sifətlərindən.Səhərdən axşama kimi ekranlardan çiçi paltar geyib hırıldaya-hırıldaya, dişlərini ağarda-ağarda durublar.A balam,bu gün-sabah o torpaqlarımızda teleradio məsələləri önəmli işlərdən olacaq,bir hərəkət edin belə yaxşı televiziya işçilərisinizsə,həvəs göstərin oralarda televiziya işini təməlindən düzüb qoşub inkişaf etdirmək üçün.Siz istədiniz də qoymadılarmı?Gül kimi televiziyanı cırım-cırım eləmisiniz şit verilişlərinizlə.Elə bil televiziya deyil,muzıkalnı sentrdi.

Rasim Quliyev 2024-03-11 22:44:40

Danışdılar dedilər
Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karim,

Dünyavü cahan ac olur olsun, nə işim var?!



Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,

Yatmışları razı deyiləm kimsə oyatsın,

Tək-tək ayılan varsa da, həq dadıma çatsın,

Mən salim olum, cümlə cahan batsa da batsın,

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Watchman 2024-03-11 21:05:33

Nə yaman tez xəbər tutublar... Əl-ayağa düşüblər)) Ailə qanunvericiliyinə nə vaxt əl gəzdirəcəksiz? Qadınların ailələri dağıtmalarına, özlərini ailədə Xoşqədəm, Lalə Azərtaşın efirdə apardıqları kimi aparmalarına nə vaxta qədər göz yumacaqsız?

Təqaüdçü 2024-03-11 20:25:08

Mən bu gün bunların verlişlərinə baxdım dedim nəsə dəyişiklik olacaq əksinə bunlar bar oxuyanlarını verlişlərinə yığıb millətə acıq verirlər ki bax bu bizik biz güclüyük.....Siz sadəcə zibilsiniz, özüdə düşmən zibili.

Hərbçi 2024-03-11 20:21:00

Yenə Zaur kamalın verlişində küçə bar muğəniləri bunlar efirə necə buraxırlar.bunların qorxusu yoxdur pul bunların gözunu elə kor edib heç nəyi görmürlər.

Veteran 2024-03-11 20:17:53

Zaur Kamal yenə öz ampulasında yanında baləli xanım müğənniyə verdiyi səviyyəsiz suallar gör deyilən tənqidləri veclərinə alırlar yox.çunki onları efirə çıxaran qüvvələr var bax belə millət gör kimlər bizə tərbiyə aşılayır

Hərbçi 2024-03-11 19:05:41

Bunları lalədən başqa efirdən qovmaq lazımdır

Həqiqət 2024-03-11 16:48:09

Bundan sonra yenə baxşəliyevin hırıldamaqları,Xoşqədəmin qışqırtıları,Elgizin özündən ağıllı danışıqları,Zaurun küçə,bat müğənniciklərini ekrana daşımaları.ümumilikdə sə vtəndaşların baş qğrısına çevordikləri kanallardan imtina edətək digər ölkələrin kanallarını setr etməsi yenə davam edəcəkmi(f

Mübariz 2024-03-11 16:03:25

Bəs nəticə nə oldu?Toplandılar.danışdılar,dağıldılar ?Bəs yoplanmanın nəticəsi? Bu gündən sonra nə olacaq?Qərar nə oldu?

Eldəniz Ağayev 2024-03-11 15:54:35

Bəs konkret nə tədbir görüldü?Yenə Zaur hətasızcana hırıldayacaq,Xoşqədəm ozündən yuxarı danışacaq,Elgizmbaş ayaq danışacaq,Zaur küçə,bar müğənnilərini efirə çıxaracaq,telekanallrı məzhəkəli məhkəmə salonuna çevirəcəklər?Niyə Azərbaycanın səviyyəli ifaçıları,teatrlar,yeniliklər,təhsil,gündəlik həyat mövzuları bu yelekanallara yol tapmır.Əksinə sank bir bandanı yığıblar illərlə xalqın əsəblərini korlamaqla məşğuldurlar.Buna son verilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol