Menu

Ukrayna Krımda əməliyyat hazırlayır - Budanov açıqladı

11.03.2024, 15:50
Ukrayna Krımda əməliyyat hazırlayır - Budanov açıqladı

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib ki, Ukrayna Silahlı Qüvvələri Krım ərazisində ciddi əməliyyat hazırlayır.

“AzPolitika” xəbər verir ki, kəşfiyyat rəisinin bu açıqlaması "Dəniz üzərində müharibə: Dneprdən Krıma" adlı sənədli filmdə yer alıb. Həmin film Ukraynada ötən gün efirə verilib.

Budanovun sözlərinə görə, Ukrayna ordusunun 2022-2023-cü illərdə Qara dəniz regionundakı fəaliyyəti vahid strateji planla bağlıdır: “Bunların hamısı Krımda ciddi əməliyyata hazırlıq tədbirləridir. Bu, bizim oraya yaxınlaşma və oradan çəkilmə yolları ilə bağlı düşüncələrimizin düzgünlüyünün yoxlanılmasıdır”.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin dənizdə heç vaxt üstünlüyü olmayacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol