İsrail HƏMAS-ın hərbi qanadı hesab olunan “İzzəddin Əl-Qəssam Briqadaları”nın liderlərindən olan Mərvan İsanı Qəzzaya endirdiyi hava zərbələri nəticəsində həlak olub.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Mərvan İsa 5 aydan artıqdır axtarışda idi.
Qeyd olunur ki, əgər onun ölümü təsdiqlənərsə, o, İsrail ilə qarşıdurmalarda həlak olan ən yüksək rütbəli HƏMAS rəsmisi olacaq.
“AzPolitika.info”


Şərhlər