“Rusiya ukraynalıların deportasiyasına hazırlaşır. İşğal olunmuş ərazilərdə Rusiya pasportu almaqdan imtina edən ukraynalılar iyulun 1-dən deportasiya oluna bilərlər”.
“AzPolitika” xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.
Məlumatda Rusiya Prezidenti Vladimir Putinin 2023-cü il tarixli fərmanına istinad edilib və qeyd olunub ki, bu bölgələrdə yaşayıb, Rusiya pasportundan imtina edən sakinlər xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs statusunda olacaqlar.
Qeyd olunur ki, Rusiya Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, hazırda 2,8 milyona yaxın ukraynalı işğal olunmuş ərazilərdə Rusiya pasportu alıb.
Bundan əlavə, kəşfiyyat xidməti Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin “Rusiya pasportu olmayan insanların Rusiyanın ucqar ərazilərinə yerləşdirilə bilərlər” sözlərini xatırladıb və bu ehtimalın da reallaşa biləcəyini diqqətə çatdırıb.
“AzPolitika.info”


Şərhlər