Menu

Ermənistan Avrasiya İttifaqından getməyə hazırlaşmır – “Öhdəliklərimizi yerinə yetirəcəyik"”

11.03.2024, 17:20
Ermənistan Avrasiya İttifaqından getməyə hazırlaşmır – “Öhdəliklərimizi yerinə yetirəcəyik"”

“Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) orqanlarında sədrlik funksiyalarını tam şəkildə yerinə yetirmək niyyətindədir. Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma statusunun imzalanması buna mane olmayacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Paşinyana yazın deputat, “Mülki müqavilə” fraksiyasının üzvü, parlamentin regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədr müavini Vaqarşak Akopyan adıçəkilən qurumun iclasında deyib.

“Ermənistan vətəndaşlar üçün əlavə təhlükəsizlik təminatları əldə etmək məqsədi ilə Roma Əsasnaməsini ratifikasiya edib. Ermənistanın Aİİ-də sədrliyinin həyata keçirilməsi tamam başqa prosesidir. Məncə, bu iki prosesi əlaqələndirməyin mənası yoxdur. Sizi əmin edirəm ki, Ermənistanın Aİİ-yə sədrliyi sizin dediyiniz hər hansı hərəkəti nəzərdə tutmur, biz öz öhdəliklərimizi tam şəkildə yerinə yetirəcəyik”, - o, müxalifətçi deputat Aqnessa Hamoyanın sualını cavablandırarkən deyib.

Aİİ-nin iclasının baş tutub-tutmayacağı, Ermənistan Roma Əsasnaməsini ratifikasiya etdiyi üçün Rusiya Prezidenti Vladimir Putinin Ermənistana gəlib-gəlməyəcəyi sualına gəlincə, Akopyan qeyd edib ki, İrəvan rəsmi qurumları bu məsələyə dəfələrlə münasibət bildirib. Aİİ-nin İrəvanda toplantısının keçirilməsinə gəlincə, o vurğulayıb ki, Ermənistan sədrliyin bütün öhdəliklərini yerinə yetirməyə tam hazırdır.

Beləliklə, Paşinyan hakimiyyəti nə qədər ikiüzlü olduğunu bir daha təsdiqləyib.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol