Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun vəzifələrinin icrası İstehsalat Birliyinin baş direktorunun müavini Azər Məmmədova həvalə edib.
Modern.az xəbər verir ki, 2023-cü ilin mart ayından “Azəriqaz”ın direktor müavini postuna gətirilən Azər Məmmədov Qarakənd səmasında vurulan vertolyotda şəhid olmuş dövlət xadimi Vəli Məmmədovun oğludur.
Mərhum Vəli Məmmədov uzun illər müxtəlif dövlət vəzifələrində çalışıb.

O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan “Mi-8” helikopterində şəhid olmuş 22 nəfərdən biridir. İctimai-siyasi xadim, ədəbiyyatşünüs, publisist, SSRİ-nin xalq deputatı olmuş Vəli Məmmədov Bakının indiki Səbail rayonunda 1-ci katib vəzifəsində işləyib. Onun sonuncu vəzifəsi Azərbaycan Kommunist Partiyası MK-da Nəzarət Komitəsinin sədr müavini olub.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin yeni baş direktoru Azər Məmmədov daha əvvəl “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013), “SOCAR Georgia Gas”şirkətinin direktoru (2014-2023) vəzifələrində çalışıb.
O, 2023-cü ildən “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədr müavini vəzifəsini icra edirdi.

Şərhlər
Məcburam mən Arifin yazdığı həqiqətə cavab verim,millətin içində günahkar tapmaq çox asandır,artıq dediyiniz hadisələrdən 30 ildən çoxdur,Qafqazda bunları təşkil edən biləvasitə qərbin siyasəti və onların mərkəzi kəşviyatları,artıq bu gün gün kimi bizə aydındır,rusya ukrayniya müharibəsi,biz yalnız öz avamlığımızın,sadəliyimizin qurbanı olduq.
Bəs bu dövlət xadimlərini şəhid kilmər etdiNiyə bu qədər illər ərzində bu sirr açılmadı?
Atasının kimliyinin onun şəsi keyfiyyətlərinə.İşgüzarlığına,bacarığına nə dəxli var?O qədər adlı-sanlı ataların bivec.narkoman,yaramaz evladlatı olub ki! İndi tərif etdiyiniz "kadr" vəzifələr yuristindən o yana keçməyib.Kimsə onu idarələrdən idarələrə gəzdirib.DEməli bu şəxa bir yrdə qərar tutub yüksəlməyib.İxtisası başqa,İş stajı az və uyğunsuz olan şəxsi gənc yaşlarında vəzifəərə gəzdirməklə AZərbaycan nə udacaq? Yalnız inertlik,inkişafdan tənəzzülə,yaxşıdan pisə!Misal Müslümovu çıxardınız yerinə bunun kimi gənci-Babayanı gətirdiniz.Vəziyyət düzəldimi,yoxsa daha uçuruma düşdü! Belə kadrların təyinatları Azərbaycana,Azərbaycan iqrisadiyyarına və cəmiyyətinə aır nəticələr vəd edir.
İnsanı kimin oğlu olmasından daha çox işgüzar çevrəsindəki mövqeyi tanıtdırır. Milyon yarımlıq saat qalmaqalı ilə tarixə həkk olunan bir təşkilatda mötəbər vəzifədə yer tutmaq adamın qulağına başqa şeylər pıçıldayır. Siz tərifləməklə deyil ha.Həmin bu şəhid övladından soruşmaq lazımdır ki, SOKAR kimi ir pul fabrikində işləmisən, hansısa bir şəhid övladına bir köməkliyin dəyibmi? Bircə şəhidin yasında iştirak etmisənmi?