ABŞ hərbçiləri ölkə Hərbi-Dəniz Qüvvələrinin Beşinci donanmasının cavabdeh olduğu zonada ən təhlükəli radionuklidlərdən biri olan stronsium-90 mənbəyini itiriblər.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Nüvə tənzimlənməsi üzrə komissiyası məlumat verib.
Stronsium-90, həmçinin hərbi təyinatlı dozimetrik alətlər üçün nəzarət mənbələri qismində tətbiq edilir. O, orqanizmə daxil olarkən sümüklərdə toplanaraq sümük iliyində xərçəng yaradır.
Məlumata əsasən, hadisə noyabrın 13-də baş verib. Gəmilərdən birindən stronsium-90 əsaslı CH-53 vertolyotunun pərinin saxlanıldığı konteyner suya düşüb. Konteynerin düşdüyü yer dərin olduğundan onu çıxarmaq mümkün olmayıb.
Hadisənin baş verdiyi yerin koordinatları açıqlanmır.
Bildirək ki, beşinci donanmanın cavabdehlik daşıdığı zonaya Hind okeanının qərb hissəsi və Fars körfəzi daxildir.


Şərhlər